CƏMİYYƏT
A- A A+

Şəhid qəhrəmanın qız övladı zabit oldu

2015-07-30 09:25:25

Müdafiə naziri adından döyüş pilotu Vaqif Qurbanovun yeganə yadigarına mənzilin açarları verilib.

ANS PRESS-in məlumatına görə, baş leytenant V.Qurbanov Qarabağ müharibəsinin alovlandığı bir vaxtda keçmiş sovet aviabazasından "Su-25" təyyarəsini qaçıran ilk pilotumuz olub. Şuşanın işğalı günündən sonra bu təyyarə ilə döyüş uçuşlarını həyata keçirməyə başlayıb. İyunun 13-də Qarabağ səmasında Şelli kəndi yaxınlığında təyyarə ermənilər tərəfindən vurulub. Cəsur pilot haqqında uzun illər xəbər çıxmayıb. Yalnız hadisədən yeddi il sonra Vaqif Qurbanovun Qarabağ uğrunda gedən döyüşlərdə həlak olması barədə ailəsinə xəbər verilib.
Atası vətən uğrunda Qarabağda şəhid olanda Sevinc dörd aylıq olub. Anası Nəzakət Qurbanova onu atasına layiq övlad kimi böyüdüb boya-başa çatdırıb, ömrünü yeganə övladına həsr edib. Bakı Dövlət Universitetini bitirərən Sevinc xanım atasının yolunu davam etdirmək üçün zabit hazırlığı kursuna daxil olub. Bu günlərdə kursu müvəffəqiyyətlə başa çatdıraran Sevinc ordu sıralarında xidmətə başlayacaq.
İyulun 25-də isə Sevin xanımın həyatında ən əlamətdar günlərdən biri baş tutub. Toy mərasiminə onun doğmaları, yaxınları ilə yanaşı, atasının silahdaşları Fuad Məmmədov, Gülbudaq Binyətov, Bəşir Əliyev, Akif Quliyev və başqaları qatılıblar.
Toy mərasimdə iştirak edən Hərbi Hava Qüvvələrinin zabiti Elşad Pənahov ailə quran gəncləri Müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından təbrik edərək, onlara gələcək həyatda uğurlar diləyib, xoşbəxtlik və firavanlıq arzulayıb.
Sonra atasının silahdaşlarının övladları Səbail rayonunu ərazisində yerləşən 3 otaqlı mənzilin açarlarını və gül dəstəsini Sevinc xanıma təqdim ediblər.
Onun anası Nəzakət xanım Vətən qarşısında xidmətləri olan hər kəsin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə qiymətləndirildiyini, bütün şəhid ailələrinə, o cümlədən də onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə, ölkə başçısına, ordu rəhbərliyinə dərin minnətdarlığını bildirib.

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 823

QHT və MEDİA

2019-02-21 09:30:11

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Bunu Trend-ə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəs...

2019-02-20 10:50:56

QHT və MEDİA
Xarici media Azərbaycan həqiqətlərindən ...
Xarici media Azərbaycan həqiqətlərindən ...

Mavritaniyanın “Vətən xəbərləri”, “Əl-Hassad” və “Aqlam” qəzetlərində “Mavrit...

CƏMİYYƏT

2019-02-20 09:45:03

CƏMİYYƏT
Yaddaşımdakı Ağa Laçınlı
Yaddaşımdakı Ağa Laçınlı

Ağa Laçınlı ağayana kişi idi. Kitabxanamın "Xəzinə" bildiyim guşəsində əziz v...

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

İQTİSADİ

2019-02-21 10:00:56

İQTİSADİ
"Maraqların balansı Cənub Qaz Dəhlizi la...
"Maraqların balansı Cənub Qaz Dəhlizi la...

Maraqların balansı Cənub Qaz Dəhlizi layihəsinin uğurunu şərtləndirir. Trend-...

2019-02-20 09:30:35

İQTİSADİ
"Xəzərin statusu barədə Konvensiya Xəzər...
"Xəzərin statusu barədə Konvensiya Xəzər...

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xəl...