İQTİSADİ
A- A A+

"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi proseslər nəzərə alınmaqla tərtib edilib"

2018-09-24 22:30:18

Sentyabrın 24-də Azərbaycanın Baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”na uyğun olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilib

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.

Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin ölkəmizin dinamik inkişafına rəvac verdiyini vurğulayan Baş nazir N.Məmmədov bu baxımdan gələn ilin dövlət büdcəsinin layihəsinin də əldə olunan nailiyyətlər zəminində, habelə dünyada gedən qlobal maliyyə-iqtisadi proseslər nəzərə alınmaqla tərtib edildiyini bildirib.

O qeyd edib ki, layihənin hazırlanmasında dövlət büdcəsinin hər zamankı kimi sosial yönümlü olması, əhalinin maddi rifahının daim yüksəldilməsi əsas götürülüb, xüsusilə qeyri-neft sektorunun inkişafına dəstək verilməsi, dövlətin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq müstəvidə nüfuzunun daha da artırılması kimi mühüm amillərə diqqət yetirilib.

Sonra gündəlikdə duran məsələlərə dair Azərbaycan maliyyə nazirinin və iqtisadiyyat nazirinin müavininin məruzələri dinlənilib.

Büdcə layihəsi ətrafında aparılan geniş müzakirələrdən sonra qərara alınıb ki, təqdim olunan büdcə layihələri bəyənilsin və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusu Azərbaycan Prezidentinə təqdim edilsin.

Azərbaycan və Aİ arasında yeni sazişlə bağlı danışıqların növbəti raundunun vaxt bəlli olub


Kateqoriya : İQTİSADİ Baxış sayı : 728

QHT və MEDİA

2020-06-05 16:35:29

QHT və MEDİA
Ermənilərin soydaşlarımıza qarşı törətdi...
Ermənilərin soydaşlarımıza qarşı törətdi...

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sa...

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...