SOSİAL
A- A A+

"Uşaqlar bizim gələcəyimizdir" başlıqlı tədbir keçirilib

2018-09-24 21:40:25

22 sentyabr 2018-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə Bakının Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli respublika xüsusi internat məktəbində "Uşaqlar bizim gələcəyimizdir" başlığı altında tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan 4 nömrəli respublika xüsusi internat məktəbinin direktoru Vəfa Seyidova 1967-ci ildən fəaliyyət göstərən məktəbin 2013-cü ildə Heydər Əliyev Fondu tərəfindən sökülərək yenidən inşa olunması, fəaliyyəti barədə məlumat verdikdən sonra valideyn himayəsindən məhrum olan uşaqlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov isə çıxışında vurğuladı ki, ölkəmizdə uşaqların gələcəyi ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Xüsusilə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun prioritet məqsədlərindən biri uşaqlara diqqət və qayğı göstərməkdir. Fondun qüvvəsi əhalinin ən zəif, xüsusi müdafiəyə ehtiyacı olan təbəqələrinə, ilk növbədə, xəstə uşaqlara, eləcə də dünyada ən qiymətli nemətdən - valideyn məhəbbətindən və qayğısından məhrum olmuş balalarımıza kömək göstərilməsinə yönəlib. "Ümummilli lider Heydər Əliyev uşaqların ən yaxın dostu və qayğıkeşi idi.

Bu gün ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uşaqlara diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Uşaqlar bizim gələcəyimizdir. Günü-gündən inkişaf edən, çiçəklənən respublikamızın gələcəyi sizlərin əlindədir. Bu gün Pirallahı Rayon İcra Hakimiyyəti, YAP Pirallahı rayon təşkilatı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin əməkdaşları tanınmış incəsənət nümayəndələri ilə birgə sizin qonağınızdır. Sizə sağlam həyat, uğurlu təhsil arzu edirəm" - deyə Hikmət Şikarov çıxışının sonunda qeyd etdi.

Tədbir tanınmış incəsənət nümayəndələrinin, müğənni və rəqqasələrin maraqlı çıxışları ilə davam etdi.


Kateqoriya : SOSİAL Baxış sayı : 218

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...