MƏDƏNİ
A- A A+

Qırğızıstan mediası Azərbaycandan yazıb

2018-09-21 09:35:48

Qırğızıstanın populyar “ONE Magazine” jurnalının son nömrəsində “Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr edilmiş beynəlxalq konfrans” sərlövhəli məqalə dərc edilib

Məqalədə Qırğızıstandakı səfirliyimiz və Yusup Balasaqun adına Qırğızıstan Milli Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Müsəlman dünyasının ilk dünyəvi parlamentli dövləti” adlı beynəlxalq konfrans barədə geniş məlumat verilib. Yazıda səfir Hidayət Orucova istinadən bildirilir ki, 100 il əvvəl yaranan və cəmi 23 ay yaşayan AXC müsəlman Şərqində ilk dünyəvi parlamentli demokratik respublikadır. AXC siyasi sisteminə, demokratik dövlət quruluşuna, həyata keçirdiyi islahatlara, eləcə də təyin etdiyi məqsəd və vəzifələrinə görə Avropanın ənənəvi demokratik dövlətlərindən geridə qalmayıb. AXC müsəlman dünyasında qadınlara seçki hüququ verən ilk ölkədir, hətta bu baxımdan Avropa və Amerikanın bir sıra ənənəvi demokratik dövlətlərini qabaqlayıb. Jurnalın bundan əvvəlki nömrəsində isə səfir Hidayət Orucovun azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı keçirdiyi mətbuat konfransı haqqında məqalə dərc edilib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 168

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...