CƏMİYYƏT
A- A A+

Hacıbəylilər qardaşları və Azərbaycan musiqi mədəniyyəti

2018-09-20 21:35:13

18 sentyabr dahi bəstəkarımız Üzeyir Hacıbəylinin doğum günüdür. Ulu Öndərimiz Heydər Əliyevin 1995-ci ildə verdiyi Sərəncamı ilə 18 sentyabr “Üzeyir Musiqi Günü” kimi qeyd edilir. Bu gün biz musiqisevərlər üçün ən əziz və doğma bir gündür

XX əsr musiqi mədəniyyətimizə bir neçə şəxsiyyətlər bəxş etdi. Xoşbəxtlikdən bu dahilər içərisində xalqımızı təmsil edən simalar var. Üzeyir bəy Hacıbəyli məhz belə dahi şəxsiyyətlərdəndir. Bu dahiliyi Üzeyir bəy özünün yüksək alicənablığı, vətənpərvərliyi, ali insani dəyərləri, əvəzolunmaz sənətkarlığı ilə qazanmışdır.

Hər bir insan bir ömür, bir həyat yaşayır. Və hər bir kəs özündən sonra bir ömür kitabı qoyub gedir. Bu oxunaqlı kitabda bir taleyin açılı-şirinli xatirələri toplanır. Ömür kitabı oxunaqlı olanlar xalqın hafizəsində daim yaşayanlar xalqın sevimlisinə çevrilərək əbədiyyətə qovuşanlar nə qədər xoşbəxtdirlər. Məhz Üzeyir bəy belə xoşbəxt bəstəkarlardandır.

O, Azərbaycan professional və klassik musiqi sənətinin banisi, Azərbaycan bəstəkarlıq və musiqişünaslıq məktəbinin yaradıcısı, dramaturq, pedaqoq, publisist, ictimai xadim və bu kimi fəaliyyəti ilə milli mədəniyyətimizi yüksək səviyyəyə qaldırmış və mədəniyyət tarixində silinməz izlər buraxmışdır. Bir sözlə - Azərbaycan musiqi mədəniyyətinin banisi Üzeyir Hacıbəylidir - desək yanılmarıq. Bəstəkar elə bir janr yoxdur ki, müraciət etməsin. Azərbaycanda ilk operanın, musiqili komediyanın, romans, xor musiqisi – kantata və s. janrların yaranması Üzeyir bəyin adı ilə bağlıdır.

Məhz belə əziz və doğma olan bir gündə Abşeron rayonunun Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin anadan olmasının 133 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə çox maraqlı tədbir keçirildi. Abşeron Rayon üzrə nümayəndəsi Təyyubə Hüseynova Üzeyir bəy haqqında çıxışı ilə tədbiri açdı. Sonra isə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu, rayon icra Hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov da çıxış edərək rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova adından təbrikini söylədi.

Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan şifahi ənənəvi professional musiqinin və onun müasir istiqamətlərinin öyrənilməsi” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə çıxış etdi. “Hacıbəyovlar qardaşları və Azərbaycan musiqi mədəniyyəti” adlı məruzə ilə Akademiyanın Elmi laboratoriyasının elmi işçisi, doktorant Nəsirova Fidan Hacıbəyovlar qardaşları haqqında ətraflı məlumat verdi.

Məruzədə Nəsirova Fidan Üzeyir bəyin qardaşları Ceyhun və Zülfüqar Hacıbəylilər haqqında geniş, ətraflı çıxış etdi. Tədbirdə Hacıbəylilər şəcərəsini təsvir edən fotolar slayd şəklində təqdim olundu. Eyni zamanda M.Maqomayevin ifasında Üzeyir bəyin N.Gəncəvinin qəzəlinə yazdığı “Sənsiz” romansı səsləndirildi. Bununla yanaşı tədbirdə canlı musiqinin də səslənməsi hamının ürəyincə oldu. Vokal ifaçısı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı Rüfət Piriyev bəstəkarın “Arşın mal alan” musiqili komediyasından Əsgərin ariyasını (I pərdə) ifa etdi. Ümumiyyətlə, tədbir çox maraqlı keçdi.

“Azərbaycan şifahi ənənəvi professional musiqinin və onun müasir istiqamətlərinin öyrənilməsi” elmi-tədqiqat laboratoriyasının elmi işçisi Könül Əhmədova


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 602

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-13 16:25:00

CƏMİYYƏT
Prezident İlham Əliyev "20 Yanvar faciəs...
Prezident İlham Əliyev "20 Yanvar faciəs...

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanv...

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...