MƏDƏNİ
A- A A+

Üzeyir Hacıbəylinin xatirəsi anılıb

2018-09-19 08:50:03

Üzeyir Hacıbəylinin ev-muzeyində dahi bəstəkarın doğum günündə qeyd edilən Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

Muzeyin direktoru, Xalq artisti Sərdar Fərəcov sentyabrın 18-dən etibarən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının başlandığını, onun xatirəsinə həsr edilən tədbirlərin keçiriləcəyini bildirib.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva xatırladıb ki, milli mədəniyyətə daim böyük diqqət ayıran ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1995-ci ildən başlayaraq, Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin ad günü – sentyabrın 18-i ölkədə Milli Musiqi Günü kimi qeyd edilir. Hazırda Heydər Əliyev kursunu İlham Əliyev uğurla davam etdirir. Üzeyir Hacıbəylinin və digər Azərbaycan bəstəkarlarının yubileyləri dövlət səviyyəsində qeyd edilir. Bu yaxınlarda mədəniyyət xadimlərinə orden və medalların təltif edilməsi mərasimi keçirilib.

Bu gün dahi Ü.Hacıbəylinin musiqisi Çindən Amerikayadək səslənir. Bu musiqinin işğaldan azad ediləcək Qarabağda səslənməsini hər bir azərbaycanlı arzulayır. Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə qeyd edib ki, Üzeyir Hacıbəylinin yaradıcılığı təkcə musiqi ilə məhdudlaşmır, o, dahi maarifçi, pedaqoq və publisist olub. Onu doğrudan da “dahi azərbaycanlı” adlandırmaq olar. Bəstəkarlar İttifaqı Ü.Hacıbəylinin yaradıcılığını təbliğ edir, ona həsr edilən konfranslar, konsertlər, tədbirlər keçirir. Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” medalı ilk dəfə Şəki Musiqi Festivalında təqdim edilib.

Sonra F.Əlizadə “Üzeyir Hacıbəyli” medalını bəstəkarın adını daşıyan ev-muzeyinin direktoru, Xalq artisti, Ü.Hacıbəyli yaradıcılığı haqqında çoxsaylı kitab və məqalənin müəllifi Sərdar Fərəcova, həmçinin Telman Ağdamskiyə təqdim edib. Son illər Türkiyədə çalışan rejissor Əflatun Neymanzadə məşhur həmyerlimizin yaradıcılığının xaricdə populyarlaşması sahəsində beynəlxalq layihələrdən danışıb. Sonda Qara Qarayev adına musiqi məktəbi şagirdləri tərəfindən Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim edilib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 345

QHT və MEDİA

2019-07-22 09:30:10

QHT və MEDİA
Millət vəkili: Mediamız Azərbaycan həqiq...
Millət vəkili: Mediamız Azərbaycan həqiq...

İyulun 19-da Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi t...

2019-07-21 07:55:52

QHT və MEDİA
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...

"Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, "Keşikçidağ"da baş verən hadisə...

CƏMİYYƏT

2019-07-23 10:10:46

CƏMİYYƏT
Qarabağ atları
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf e...

2019-07-22 09:45:08

CƏMİYYƏT
Azərbaycan milli mətbuatının yaranmasınd...
Azərbaycan milli mətbuatının yaranmasınd...

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası ...

İQTİSADİ

2019-07-23 12:25:23

İQTİSADİ
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiy...

2019-07-19 08:40:08

İQTİSADİ
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...