İQTİSADİ
A- A A+

Haynts-Kristian Ştraxe: Azərbaycan Cənubi Qafqazda Avstriyanın əsas ticarət tərəfdaşıdır

2018-09-19 08:05:44

.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ölkəmizdə səfərdə olan Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe ilə görüşüb. Oqtay Əsədov bu səfərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verəcəyini deyib. Avstriya-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini söyləyən Milli Məclisin sədri münasibətlərin genişləndirilməsində ölkə başçılarının qarşılıqlı səfərlərinin mühüm rolu olduğunu xüsusi qeyd edib. Milli Məclisin sədri əlaqələrimizin inkişafı nəticəsində iki ölkə arasında möhkəm hüquqi baza yarandığını diqqətə çatdırıb. Bildirilib ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 200 milyon dollar olub. Təqdirəlayiq haldır ki, bu ilin 6 ayı ərzində bu rəqəm daha yüksək olub. Oqtay Əsədov qarşılıqlı səfərlərin, biznes forumların ticarət dövriyyəsinin həcminin artırılmasında faydalı olacağına əminliyini ifadə edib.

Oqtay Əsədov Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TAP, TANAP kimi mühüm layihələrin təşəbbüskarı olduğunu deyib. Milli Məclisin sədri bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Parlamentlərarası əlaqələrdən söz açan Oqtay Əsədov bu münasibətlərin razılıq doğurduğunu söyləyib. Sentyabrın 21-də Bakıda Azərbaycan parlamentinin yaradılmasının 100 illik yubileyinin qeyd ediləcəyini xatırladan Milli Məclisin sədri Avstriya nümayəndə heyətinin də bu tədbirdə iştirakını məmnunluqla qeyd edib. Parlamentin sədri Azərbaycanın regionda iqtisadı cəhətdən sürətlə inkişaf etdiyini, Cənubi Qafqazın iqtisadi potensialının 75 faizinin ölkəmizin payına düşdüyünü vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı danışıqlar prosesi barədə məlumat verən Oqtay Əsədov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bütün dünyada tanınır. “Biz münaqişənin sülh yolu ilə həllinə ümidimizi itirməmişik, səylərimizi artırırıq. İnanırıq ki, bu istiqamətdə Avstriya da ölkəmizə dəstək verəcək”, - deyə Milli Məclisin sədri bildirib.

Ölkələrimiz arasındakı əlaqələrin inkişafına toxunan vitse-kansler Haynts-Kristian Ştraxe deyib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, 2010-cu ildə Avstriyanın Azərbaycanda səfirliyinin açılması bu münasibətlərin daha da genişləndirilməsinə mühüm töhfə verib. O bildirib ki, səfərin əsas məqsədi bu əlaqələri daha da dərinləşdirməkdir. Vitse-kansler vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda Avstriyanın əsas ticarət tərəfdaşıdır. Bu sahədə olan geniş potensial imkanlar gələcəkdə ticarət dövriyyəsi həcminin artırılmasını zəruri edir. Avstriya Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə əməkdaşlıqda maraqlıdır. Haynts-Kristian Ştraxe Avstriyanın nəqliyyat, dəmir yolu, su, ekologiya, internet texnologiyalarının inkişafı, tullantıların emalı, onların enerji sahəsindəki istifadəsi istiqamətində ölkəmizlə əməkdaşlığa hazır olduğunu söyləyib. Vitse-kansler ölkəsinin regional münaqişələrin və Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu deyib.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavid Qurbanov, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov və digər rəsmi şəxslər iştirak ediblər.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 203

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...