QHT və MEDİA
A- A A+

“Dünyaya sülh” başlığı altında fləşmob keçirildi

2018-09-18 22:15:59

Ölkəmizdə hər il 21 sentyabr – “Beynəlxalq Sülh Günü” ərəfəsində ənənəvi olaraq 21 avqust - 21 sentyabr tarixləri “Sülh aylığı” elan edilir. Bu aylıq çərçivəsində respublikanın bütün regionlarında, o cümlədən, Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilir.

18 sentyabr 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təçkilatının birgə təşkilatçılığı ilə 168 №-li tam orta məktəbdə “Dünyaya sülh” başlığı altında fləşmob keçirildi. Məktəbin orta siniflərində təhsil alan 100 şagirdin iştirakı ilə azadlıq və sülh simvolu olan göyərçin quşunun rəsmi çəkildi.

Çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov fləşmob iştirakçılarına Beynəlxalq Sülh Gününün zərurətdən yarandığını və vacibliyi barədə məlumat verdi. Əbədi mövzu olan sülh mövzusunu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi.

O, həmçinin çıxışında qeyd etdi ki, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların, sülhsevər xarici siyasət kursunun əsas prioritet istiqamətini dünyada ərazi bütövlüyü prinsiplərinə sadiqlik, terrorçuluğun bütün təzahürlərinə qarşı barışmazlıq, dinlərarası dialoqun, multikulturalizmin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, insan hüquq və azadlıqlarına hörmət kimi sülhsevər prinsiplər təşkil edir. Bu gün qüdrətli və güclü orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq müstəvisində həlli üçün əsaslı addımlar atır.

Sonda Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının məsul əməəkdaşları şagirdlərlə xatirə şəkli çəkdirdilər.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 924

QHT və MEDİA

2020-03-31 08:25:41

QHT və MEDİA
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...
Fərasət Qurbanov: QHT-lər ən çətin məqam...

QHT-lər hər zaman Cənab Prezidentin çağırış və tövsiyələrinə dəstək verib, ən...

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...