CƏMİYYƏT
A- A A+

Analitik: Azərbaycan Ordusu geniş hərbi təlimlərə başlamaqla Ermənistan rəhbərliyi və cəmiyyətində narahatlıq və qorxu yaradıb

2018-09-18 08:30:26

Azərbaycan Ordusu geniş hərbi təlimlərə başlamaqla Ermənistan rəhbərliyi və cəmiyyətində narahatlıq və qorxu yaradıb

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a analitik Ehtiram Aşırlı deyib. E.Aşırlının sözlərinə görə, Azərbaycan Ordusunun sentyabrın 17-dən-22-dək davam edəcək təlimlərinə 20 mindən çox şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyasının cəlb edilməsi Ermənistan cəmiyyətinin həyəcanlanmasına səbəb olub. Bu genişmiqyaslı təlimlər regionda analoqu görülməyən hərbi təlimlərdən biridir. Azərbaycan Ordusu hərbi-texniki imkanlarına görə regionda yalnız Rusiya ordusundan sonra belə təlimlər keçirmə potensialına sahibdir: “Hesab edirəm ki, bu təlimlər Ermənistan hökuməti üçün Azərbaycanın son xəbərdarlığı ola bilər. Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirməklə hər zaman müharibəyə hazır olduğunu göstərib. Biz bunu xüsusilə Aprel döyüşlərində və Günnüt əməliyyatlarında əldə edilən uğurların timsalında şahidi olduq. Digər tərəfdən, Nikol Paşinyan qeyd edir ki, heç bir güzəştə getməyəcək. Bunlar danışıqların pozulmasına yönəlmiş addımlardır. ATƏT-ın Minsk qrupunun həmsədrləri səssizliyini qoruyurlar və Ermənistan hökumətinin danışıqlardan yayınmaq cəhdinə heç bir reaksiya vermirlər. Görünür, Qərb münaqişənin həllində maraqlı deyil. Lakin Azərbaycan tərəfi də bu səssizliyini çox qorumaya bilər. Hazırda Ermənistanın baş nazirinin Qarabağ danışıqlarından yayınmaq cəhdləri Azərbaycana imkan verir ki, növbəti əks-hücumla bir neçə rayonu işğaldan azad etsin. Azərbaycan Ordusu çevik hərbi əməliyyatlara başlayarsa, Aprel döyüşlərində və Günnüt əməliyyatlarında olduğu kimi, Ermənistan ordusu növbəti dəfə ordumuzun gücünə yaxından bələd olacaq.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 249

QHT və MEDİA

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

2019-04-18 11:15:30

QHT və MEDİA
Azay Quliyev Türkiyə parlamentinin vitse...
Azay Quliyev Türkiyə parlamentinin vitse...

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay...

CƏMİYYƏT

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

2019-04-16 08:45:44

CƏMİYYƏT
Prezident Dövlət Himnindən istifadə qayd...
Prezident Dövlət Himnindən istifadə qayd...

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “Azərba...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...