SİYASƏT
A- A A+

Azay Quliyev: "Paşinyan bu addımları ilə bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir"

2018-09-17 21:40:37

.

Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azy Quliyev tvitterdə Nikol Paşinyanın son bəyanatlarına sərt münasibət bildirib. Musavat.com xəbər verir ki, o, tvitter hesablnda yazıb: - Prezident İlham Əliyevin oğlu Heydər Əliyevin Azərbaycanın xüsusi təyinatlı və yüksək döyüş qabiliyyətli hərbi birləşməsində xidmətə başlaması ölkə ictimaiyyəti tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanıb. Ali Baş Komandanın oğlunu hərbi xidmətə göndərməsi və sıravi əsgər atası kimi andiçmə mərasimində iştirakı Azərbaycan ordusunun döyüş ruhunu daha da artırmış, onun hər bir Azərbaycan əsgərinə övladı kimi yanaşdığını və dəyər verdiyini bir daha sübut etmişdir. Hamımız yaxşı bilirik ki, Ali Baş Komandan döyüş əmri verəcəyi təqdirdə Aprel döyüşlərində olduğu kimi məhz bu hərbi birləşmənin əsgərləri öndə gedəcək.

Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı dövlət rəsmisinə yaraşmayan, qeyri-ciddi və küçə ritorikasından kənara çıxmayan son bəyanatı onun təxribatçı mahiyyətindən, diletantlığından və Azərbaycan əsgərinin xofundan qaynaqlanır. Oğlu haqqında yaydığı “hərbi xidmət” haqqında ucuz təbliğat xarakterli məlumatlara isə öz ölkəsinin mətbuatı belə rişxənd və kinayə ilə yanaşır.

Paşinyan bu cür davranışı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığını, reallıq hissini itirdiyini, belə mürəkkəb məsələlərdə nə qədər məsuliyyətsiz və səbatsız olduğunu nümayiş etdirmiş oldu. Paşinyan anlamalıdır ki, bu addımları ilə onsuz da dalana dirənmiş sülh danışıqlarına olan son ümidləri də öldürür və bölgəni yenidən iri miqyaslı hərbi əməliyyatlara sürükləyir.

Münaqişənin sülh yolu ilə həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Paşinyanın danışıqlar prosesini açıq şəkildə pozan bəyanatlarına təcili münasibət bildirərək onu bu cür addımlardan çəkindirməli və məsuliyyətini xatırlatmalıdır.


Kateqoriya : SİYASƏT Baxış sayı : 309

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...