SOSİAL
A- A A+

“Bu parad Azərbaycanın hərbi potensialının nə qədər böyük olduğunun bariz göstəricisidir”

2018-09-16 17:55:23

.

Dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycanı iqtisadi-siyasi, hərbi, ticari, elmi-mədəni, ümumiyyətlə, bütün sahələrdə tarixi yaxınlıq və eyni milli dəyərlər birləşdirir. Bütün tarixi dövrlərdə davamlı və uzunmüddətli əlaqələr quran Türkiyə və Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatında dinamizm meyilləri müşahidə olunub. Həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb. Ölkələrimiz regionda sarsılmaz dostluq və qardaşlıq formatı yaradıblar.

Bu fikirləri Fact-info.az-a Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib

Onun qənaətincə. bu gün Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak işğalçılarından azad olunmasından 100 il ötür. 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəmnində müstəsna əhəmiyyət daşıyan böyük hadisə idi. Çünki Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana gələn əsgərlər heç bir təmənna güdmədən canlarını, qanlarını Azərbaycan xalqının yolunda fəda edərək Azərbaycana dövlət qazanmaq yolunda şans verdilər. Bu tarixi hadisə bu il daha böyük coşqu ilə bütün ölkə ərazisində qeyd olunur və xatırlanır.

Hikmət Şikarov daha sonra bildirib: Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının zəfər günü kimi qiymətləndirilən 15 sentyabr 1918-ci il tarixindən ötən 100 illik yolun sarsılmazlığı və əbədiliyi isə bu gün keçirilən Hərbi Paradla bütün dünyaya nümayiş etdirildi. Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı keçirilən Hərbi Parad Azərbaycanın hərbi potensialının nə qədər böyük olduğunun bariz göstəricisidir. Bu əlamətdar gün xatırlandıqca Azərbaycan-Türkiyə qardaşlığı da hər zaman yaşayacaqdır. Çünki 15 sentyabr 1918-ci il tarixi qardaşlığın qələbə çaldığı gündür!


Kateqoriya : SOSİAL Baxış sayı : 685

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...