SİYASƏT
A- A A+

"Dağlıq Qarabağ məsələsi Türkiyə üçün də eyni dərəcədə ağrılı problemdir"

2018-09-15 21:25:43

Azərbaycanın sevinci bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik

Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında bu barədə danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin Türkiyə üçün də eyni dərəcədə ağrılı problem olduğunu bildirib. Problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri Türkiyənin sonadək dəstəkləməyə davam edəcəyini vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: “İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir”.

Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Dağlıq Qarabağ probleminin həlli Türkiyənin Ermənistanla əlaqələrinin bərpasının ən vacib şərtidir və bunu hamı bilməlidir. “Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır. Bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik”, - deyə Türkiyə Prezidenti vurğulayıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 359

QHT və MEDİA

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

2019-05-18 10:35:39

QHT və MEDİA
Beynəlxalq Münasibətlərin Araşdırılması ...
Beynəlxalq Münasibətlərin Araşdırılması ...

Mərkəzdən bildiriblər ki, Ermənistanın regional təhdidi mövzusunda keçiriləcə...

CƏMİYYƏT

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

2019-05-17 22:25:16

CƏMİYYƏT
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan R...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...