MÜSAHİBƏ
A- A A+

Almaniya mediasında azərbaycanlı səfirin müsahibəsi yayılıb

2018-09-15 10:50:26

Almaniyada yaşayan yəhudilərə məxsus “Jüdische Rundschau” onlayn qəzetində Azərbaycanın bu ölkədəki səfiri Ramin Həsənovun müsahibəsi dərc edilib

Müsahibədə ölkəmizdə mövcud olan yəhudi icması üçün yaradılan hərtərəfli şəraitdən danışan Ramin Həsənov bildirib ki, Azərbaycanın tarixən bir çox xalqların və dinlərin vətəni olub, müxtəlif dinlərin və xalqların nümayəndələri burada dinc şəraitdə yaşayıblar. Yəhudilər isə hələ xristianlıqdan öncəki dövrlərdən Azərbaycanda məskunlaşıb, ölkənin ictimai-siyasi həyatına tam şəkildə inteqrasiya olunublar. Ölkəmizdə yəhudi icmasına məxsus orta məktəblər, uşaq bağçaları və sinaqoqlar mövcuddur. Hətta 2003 və 2012-ci illərdə Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına iki yeni sinaqoq tikilərək yəhudi icmasının istifadəsinə verilib.

Ölkəmizin İsrail ilə ikitərəfli münasibətlərinə toxunan diplomat qeyd edib ki, Azərbaycandakı yəhudi icması və Azərbaycandan İsrailə köç etmiş yəhudilər (təxminən 70 min nəfər) ölkələrimiz arasında körpü rolunu oynayaraq ikitərəfli münasibətlərə əməli dəstək verirlər. İsrail Dövləti Azərbaycanın müstəqilliyini ilk tanıyan və onunla diplomatik münasibət quran ölkələrdən biridir.

Vurğulanıb ki, son illərdə İsraillə iqtisadi münasibətlərin müsbət məcrada inkişaf etməsi təqdirəlayiqdir. İsrail Azərbaycanın mühüm ticarət və investisiya tərəfdaşlarından biridir. 2017-ci ildə Azərbaycan ilə İsrailin ticarət saldosu təxminən 700 milyon ABŞ dollarına bərabər olub. Hazırda Azərbaycanda 40-a yaxın İsrail şirkəti fəaliyyət göstərir. Səfir, həmçinin diqqətə çatdırıb ki, 2016-cı ildə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri ikitərəfli münasibətlərə böyük töhfə verib, səfər zamanı ikitərəfli əməkdaşlığın müxtəlif sahələrini əhatə sazişlər imzalanıb, hökumətlərarası birgə komissiya yaradılıb. Ölkələrarası əməkdaşlıqda parlamentlərin mühüm rol oynadığını vurğulayan R.Həsənov Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun mövcud olduğunu və cari ilin yanvarında Davosda Prezident İlham Əliyev ilə Baş nazir Benyamin Netanyanunun görüşdüklərini bildirib.

Azərbaycan-Almaniya əlaqələrindən danışan səfir ölkələrimiz arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla davam etdiyini, intensiv siyasi dialoqun mövcud olduğunu, Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanın payına düşdüyünü bildirib. O deyib ki, Azərbaycan Almaniyanı neftlə təchiz edən ölkələr arasında 7-ci yer tutur, 150-yə yaxın alman şirkəti ölkəmizdə fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, 2017-ci ildə Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyi münasibətilə həm Almaniyada, həm də ölkəmizdə çoxsaylı tədbirlər keçirilib. “Əsrin müqaviləsi”nə diqqət çəkən diplomat Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi qlobal layihələrin əhəmiyyətindən bəhs edib.

Yaxın Şərqdəki münaqişələr barədə danışarkən Ramin Həsənov bildirib ki, Ermənistan tərəfindən ərazisinin 20 faizi işğal edilmiş və bu ərazilərdən qovulmuş bir milyondan çox qaçqını olan ölkə kimi Azərbaycan Suriyadakı fəlakətli vəziyyəti yaxşı anlayır. Azərbaycan Suriyanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin BMT çərçivəsində tezliklə sülh yolu ilə həll edilməsinə ümid edir. O bildirib ki, mövcud vəziyyətdən sui-istifadə edən Ermənistanın Suriyadan olan qaçqınları Azərbaycanın işğal olunmuş torpaqlarında məskunlaşdırır ki, bu da beynəlxalq hüququn normaları və prinsiplərinə ziddir.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 289

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...