2015-07-28 09:50:59 | AKTUAL
“Qəbələ Musiqi Festivalı Azərbaycan mədəniyyətini təbliğ edir”

"Qəbələ VII Beynəlxalq Musiqi Festivalı ənənəvi şəkildə keçirilən gözəl bir bayrama çevrilib

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

 Nazir bildirib ki, festival günlərində Qəbələdə böyük izdiham yaşanır, xüsusi ab-hava hökm sürür: "Bura gələn xarici qonaqlar ölkəmizin sürətli inkişafı, xalqımızın adət-ənənələri və mədəniyyəti, habelə milli musiqimiz, muğam və bəstəkar əsərləri ilə yaxından tanış olurlar. Qəbələdə bu gözəl təbiət qoynunda istirahət edən yerli və xarici turistlər hər axşam festivalın konsertlərində iştirak edərək dünya musiqi incilərini dinləyirlər. Buranın havası, təbiəti, xidmətləri turistləri valeh edib”.

 Nazir qeyd edib ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir: "Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Bu mədəniyyət tədbirlərindən biri olan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə musiqisevərlərin rəğbətini qazanıb. "Festivala təkcə klassik musiqi həvəskarları deyil, həm də Motsartın, Çaykovskinin, Şopenin, Şubertin, Verdinin, Bramsın, eləcə də Ü. Hacıbəylinin, F. Əmirovun gözəl musiqisini simfonik orkestrin ifasında canlı olaraq ilk dəfə dinləmək istəyən Qəbələ və ətraf rayonların sadə sakinləri də gəlirlər. Çox sevindirici haldır ki, bu festivala insanlar tam könüllü olaraq gəlirlər. Açıq havada bir-birindən gözəl ifaları eşidən musiqisevərlər son ana qədər bu musiqiləri dinləyirlər”. 

 Nazir Ə. Qarayev Azərbaycan musiqiçilərinin təcrübə mübadiləsi baxımından dünyaca məşhur musiqiçilərlə birgə konsertlər verməsini bu tədbirin yüksək əhəmiyyətə malik olmasından irəli gəldiyini bildirib: "Belə möhtəşəm tədbirlərdə bizim musiqiçilər öz bacarığını nümayiş etdirməklə, Avropada keçirilən festivallara dəvətlər alırlar. Artıq Azərbaycanın klassik musiqi ifaçıları Avropada tanınır, qəbul olunur və böyük tədbirlərdə iştirak edirlər”.

 
 

Baxış sayı : 1513
General Yücel Karauz: Azərbaycanın qazandığı bu zəfərlə dünya hərb tarixində parlaq səhifə yaradıb 2020-11-23 15:30:29 Seyran Ohanyan barəsində soyqırımı cinayəti üzrə axtarış elan edildi 2020-11-23 14:20:46 Dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günü 2020-11-23 09:15:45 Gürcüstan mediası xarici diplomatların işğaldan azad olunmuş Füzuli şəhərinə səfərindən yazır 2020-11-23 09:10:11 Kestutis Yankauskas: "Füzulidəki dağıntıları gözlərimizlə gördük" 2020-11-23 09:05:29 “Füzulidəki bu acınacaqlı vəziyyət beynəlxalq ictimaiyyətə çatdırılmalıdır” 2020-11-23 09:00:59 Politoloq: Fransa beynəlxalq hüququn normalarını və özünün beynəlxalq öhdəliklərini pozur 2020-11-22 08:55:51 Ağdamda dağıntılardan başqa heç nə qalmayıb - “Əl-Cəzirə” 2020-11-22 08:35:01 Rusiya və Türkiyənin birgə səyləri ilə Dağlıq Qarabağdakı hərbi münaqişə dayandırıldı 2020-11-21 22:05:48 Bu məsuliyyətsiz yanaşma Avropada təhlükəli separatizmə geniş qapı aça bilər 2020-11-21 09:35:44 “Xristian irsimizi tanıyaq”: Çotari Alban-Udi kilsəsi 2020-11-21 09:05:54 Azərbaycan Bayrağı Ağdamda dalğalanır 2020-11-21 08:40:33 Şoyqu Qarabağda yaradılacaq monitorinq mərkəzi haqqında danışdı 2020-11-21 08:40:18 Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib 2020-11-20 12:30:19 Aztəminatlı aillərə tibbi psixoloji rebilitasiya dəstəyi göstərilib 2020-11-20 11:30:22 Qələbəmizi necə möhkəmləndirməliyik- Əkrəm Bəydəmirli 2020-11-20 10:35:17 Azərbaycanda "Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilir 2020-11-20 10:10:08 Əzəli Azərbaycan torpaqları həqiqi sahiblərinə qayıdır - Türkiyə Milli Müdafiə Nazirliyi 2020-11-20 10:00:34 Fransanın “Paris Match” jurnalı Ermənistanın mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklərdən yazır 2020-11-20 10:00:56 Qarakənd faciəsindən 29 il ötür 2020-11-20 09:45:49 Respublika Veteranlar Təşkilatı aztəminatlı və şəhid ailələrinə yardım edib 2020-11-19 21:10:22 Xocalı soyqırımının qatillərindən olan erməni general ölüb 2020-11-19 11:15:08 Xarici jurnalistlər ermənilərin Füzuli şəhərində törətdiyi vəhşilikləri öz gözləri ilə görüblər 2020-11-19 09:40:52 Fransız deputat həmkarlarını Dağlıq Qarabağla bağlı səsləndirdikləri fikirlərdə ehtiyatlı olmağa çağırıb 2020-11-19 08:50:05