SOSİAL
A- A A+

Ombudsman Aparatının əməkdaşı hərbi hissələrə baxışlar keçirib

2018-09-12 10:55:52

.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşları hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirir. Bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov Müdafiə Nazirliyinin qərb bölgəsindəki arxa və düşmənlə təmas xətdə yerləşən “N” saylı hərbi hissələrin bölmələrinə plan üzrə baxışlar keçirib. Aparatın əməkdaşı tərəfindən hərbi hissələrin bütün obyektlərinə baxışlar, şəxsi heyətlə görüşlər keçirilib. Hərbi qulluqçular üçün yaradılmış xidmət şəraiti, onlarla rəftar, həmçinin qidanın keyfiyyəti, müalicə işinin və asudə vaxtın təşkili, habelə şəxsi heyətlə aparılan tərbiyəvi işin təşkili səviyyəsi müsbət qiymətləndirilib. Ombudsman Aparatının əməkdaşı şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik, hərbi nizamnamələr və Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi mövzusunda söhbətlər aparıb, hərbi qulluqçuların çoxsaylı suallarını cavablandırıb. Görüşlərdə gənclərlə aparılan hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, həmçinin şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumun yüksək səviyyəsi, Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində görülən işlərin əhəmiyyəti vurğulanıb. Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin aidiyyəti şəxslərinə müvafiq tövsiyələr verilib. Görüşlərdə Müdafiə Nazirliyinin aidiyyəti idarəsinin zabiti də iştirak edib.


Kateqoriya : SOSİAL Baxış sayı : 454

QHT və MEDİA

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

2019-10-17 10:10:15

QHT və MEDİA
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azə...

Azərbaycan türkdilli ölkələr arasında güclü iqtisadiyyata və nüfuza malik döv...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...