MƏDƏNİ
A- A A+

MEK Bakının azad olunmasının 100 illiyi ilə bağlı sərgi təşkil edib

2018-09-12 10:45:56

Sentyabrın 15-i Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakını bolşevik-daşnak işğalından azad etməsindən 100 il ötür

1918-ci il sentyabrın 15-də həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bu hadisə XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. AMEA Mərkəzi Elmi Kitabxanasının Sərgi salonunda Bakının bolşevik-daşnak işğalından azad olunmasının və paytaxt elan edilməsinin 100 illiyi münasibətilə sərgi təşkil olunub. Sərgidə kitabxananın fondlarında mühafizə edilən “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu”, “Nuru Paşa”, “Azərbaycan-Türkiyə münasibətləri”, “Qafqazın imdadına çatan türkün könül nəğmələri”, “Qafqaz İslam Ordusu Azərbaycanda”, “1926-cı il I Bakı Türkoloji Qurultayı”, “Bakı qəhrəman şəhərdir”, “Bakı İslam mədəniyyətinin paytaxtıdır”, “Bakı - tarixin səhifələri”, “Bakının memarlıq ensiklopediyası”, “Bakı simfoniyası” və s. kitablar nümayiş olunur. Sərgi sentyabrın 30-dək davam edəcək. Məlumat üçün bildirək ki, sərgidə nümayiş etdirilən kitablar kitabxananın elektron kataloqunda qeyd olunaraq MEK-in 2017-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması” layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilib.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 411

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...

2019-08-08 12:35:16

İQTİSADİ
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1889-cu ildə “Kaspi” qəzetində ru...