TƏDQİQATLAR
A- A A+

Politoloq: "Paşinyanın Rusiyaya səfəri onun ümidlərini puça çıxardı"

2018-09-11 08:20:34

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri onun ümidlərini puça çıxardı

Bunu Trend-ə Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib. E.Nəsirovun sözlərinə görə, Prezident İlham Əliyevin sentyabrın 1-də Soçiyə səfəri zamanı N.Paşinyan və onun komandası vahimə içərisində bu xəbəri eşitdi ki, Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələləri bundan sonra da inkişaf etdiriləcək və Azərbaycan Rusiyadan 5 milyard dollarlıq hərbi təyinatlı məhsullar alıb və bundan sonra da bu siyasət davam etdiriləcək:

“Belə bir vəziyyətdə Paşinyan böyük bir vahimə içərisində tələm-tələsik Rusiya paytaxtına səfərə getdi. Bu səfərin uğursuz nəticələrini proqnozlaşdırmaq elə də çətin deyildi. Paşinyan güman edirdi ki, Moskvaya gedib Prezident Vladimir Putinə “biz sizin strateji müttəfiqinizik, sizin ən yaxın dostunuzuq, hər zaman Rusiyanın yanıdayıq” deməklə RF Prezidentini məmnun edəcək və yenə də ikibaşlı siyasətini davam etdirəcək". Politoloqun fikrincə, ancaq Ermənistanın Baş naziri yanılır, çünki Rusiya kimi nəhəng dövləti idarə edən mahir siyasətçi V.Putin bunun N.Paşinyanın ikiüzlü siyasəti olduğunu, qeyri-səmimi davrandığını bilir.

Deputat əlavə edib: "Rusiya Prezidenti necə Paşinyana inana bilər ki, o, Putinlə məsləhətləşmədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibini həbs etdirir? Putin Paşinyana necə inana bilər ki, onun mədəniyyət naziri təyin etdiyi şəxs "Ermənistanda rus dili qadağan edilməlidir" kimi bəyanatlar verir? Milli Təhlükəsizlik Şurasının sədri qoyduğu Armen Qriqoryan antirusiya davranışı ilə Moskvada çox məşhurdur. Ona görə də hesab edirəm ki, Paşinyan-Putin danışıqlarını uğursuzluğa düçar oldu. Ümumilikdə Paşinyanın atdığı addımlar Moskvanın diqqətindən yayınmır”.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 200

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...