CƏMİYYƏT
A- A A+

Bakının işğaldan azad edilməsinin 100-cü ildönümünə həsr edilən tədbir keçirildi

2018-09-11 07:30:46

.

"Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" ictimai birlikləri və "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin birgə təşkilatçılığı ilə Respublika Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində Bakının erməni hərbi birləşmələri və onların havadarlarının işğalından azad edilməsinin 100-cü ildönümünə həsr edilən tədbir keçirildi. Tədbir iştirakçıları öncə Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

"Avrasiya Beynəlxalq Araşdırmaları İnstitutu" ictimai birliyinin sədri,Milli Məclisin deputatı xanım Qənirə Paşayeva tədbir iştirakçılarını salamladı.O, Azərbaycanın Dövlət Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ərazi bütövlüyümüzün bərpası naminə həyata keçirdiyi mühüm tədbirlərdən danışdı.Qeyd etdi ki, Azərbaycan xalqı düşmənlər tərəfindən işğal edilən dədə-baba torpaqlarımızın bir qarışını da nankor qonşularımıza bağışlamayacaq. "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, "Ana harayı"qəzetinin baş redaktoru, Qarabağ qazisi Şamil Sabiroğlu 1989-1995-ci illərdə cəbhə bölgələrində qarşılaşdığı maraqlı əhvalatlardan danışdı. Şamil müəllim, Bakının düşmən tapdağından azad edilməsinin 100-cü ildönümü ilə əlaqədar Bakı şəhərində Hərbi parad keçiriləcəyini qeyd etdi.

"Regional Hüquqi və İqtisadi Maarifləndirmə" ictimai birliyinin sədri, xanım Arzu Bağırova və Respublika Gəncliyə Yardım Fondunun vitse - prezidenti Salman Əliyev Ordumuzun şəxsi heyətinin 2016-cı ilin aprel döyüşləri zamanı qazandığı uğurdan söhbət açdılar.Xanım Qənirə Paşayevanın dəvətilə Azərbaycana qonaq gəlmiş Türkiyənin tanınmış müğənnisi Zəfər İşləyən maraqlı musiqi proqramı ilə çıxış etdi.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbçilərə təşkilatçılar tərəfindən qiymətli hədiyyələr təqdim olundu. Bayram tədbirində xanım Qənirə Paşayevanın dəvətilə ölkəmizdə səfərdə olan Türkiyənin Kastamonu vilayətinin tələbə-gəncləri, habelə,Qeyri-Hökumət təşkilatlarının fəalları iştirak edirdi.

Şamilə Şamilqızı


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 319

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...