SİYASƏT
A- A A+

Putin-Paşinyan görüşü tərəflərin bir-birilərinə inanmadıqlarını göstərdi - Şərh

2018-09-10 15:30:33

.

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva səfəri çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü başa çatdı. Görüş əsnasında gözlənildiyi kimi gərgin abu-hava hiss olunurdu. Biz bu gərginliyi xüsusilə, baş nazir Nikol Paşinyanın çıxışlarında da müşahidə edə bilərik.

Belə ki, Ermənistanın baş naziri Rusiya və Ermənistanın münasibətlərinin gələcəkdə də “iki ölkənin maraqlarına hörmət və bir-birlərinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulacağına” ümid etdiyini bildirib. Həmçinin o, “Əminəm ki, iki ölkə arasında bu məsələlər həll ediləcək və biz müttəfiqlik münasibətlərimizdən irəli gələn maraqlara, ölkəmizin maraqlarına, suverenliyinə və bir-birlərinin daxili işlərinə qarışmamaq prinsiplərinə hörmətə əsaslanacağıq” şəklində bəyanatla çıxış edib. Bununla da N.Paşinyan V.Putinə onun ölkəsinin daxili işlərinə qarışmamağını bildirib. Xüsusilə, Ermənistan baş naziri Rusiyanın Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan barədə axtarışları ləğv etməsini və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Dövlət Nəzarət Xidmətinin rəisi David Sanasaryanın vəzifələrindən uzaqlaşdırılması tələbini irəli sürməsini Rusiyanın ölkəsinin daxili işlərinə qarışması ilə əlaqələndirir. Bununla yanaşı, N.Paşinyan Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamalarını ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib. Ələlxüsus da Ermənistan baş nazirinin bu şəkildə bəyanatla çıxış etməsindəki əsas səbəb ölkənin növbədənkənar parlament seçkilərinə getmək istədiyi bir zamanda Rusiyanın Robert Köçəryanı dəstəkləməsi barədə erməni KİV-də çıxan yazılardan irəli gələn narahatlıqdır.

Həmçinin görüş çərçivəsində N.Paşinyan iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığa toxunaraq bu sahədəki əməkdaşlığın potensialının hələ də axırədək açılmadığını bildirdi. Bu onu göstərir ki, cənab Prezident İlham Əliyevin Rusiya səfəri çərçivəsində hərbi-əməkdaşlıq sahəsindəki əməkdaşlığa toxunaraq "Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir" şəklində açıqlaması Ermənistan baş nazirində ciddi narahatliğa səbəb olmaqla kifəyətlənməyib, həm də onu vahiməyə salıb.

Rusiya prezidenti Vladimir Putinin "Ölkəsinin Ermənistanda əsas investor olduğunu, bu ölkədə kubu cəmi 150 dollara ucuz qaz verdiyini, habelə atom və istilik enerjisi sahəsində dəstəklədiyini xatırladıb". Bununla da, V.Putin bu açıqlamasıyla Ermənistan iqtisadiyyatının 75%-ni Rusiya kapitalının təşkil etdiyinə eyham vurub. Həmçinin qazın kubunu ucuz qiymətə satdıqlarını bildirməsi onu göstərir ki, ölkə münasibətlərində gərginlik davam edərsə qazın qiyməti gələcəkdə qaldırıla bilər. Xüsusilə ,İrəvanın Rusiya ilə təbii qazın qiymətinə dair imzaladığı müqavilənin müddətinin bitdiyi bir zamanda. V.Putinin atom və istilik enerjisi sahəsində Rusiyanın Ermənistanı dəstəklədiyini bildirməsi də ondan xəbər verir ki, münasibətlərdə gərginlik davam edəcəyi təqdirdə METSAMOR məsələsində Rusiya öz dəstəyini çəkə bilər.

Nəticədə gərgin atmosferdə başlayan görüş tərəflərin bir-birilərinə sətir altı mənalar ifadə edən bəyanatlarla başa çatdı. Ehtimal ki, Rusiya prezidenti bu görüşdən heç məmnun qalmadı. Xüsusilə, Ermənistan baş nazirinin və Rusiya prezidentinin açıqlamaları ondan xəbər verir ki, iki ölkə arasındakı münasibətlərdə soyuqluq davam edəcək. Həmçinin bu görüş bir daha onu göstərdi ki, tərəflər bir-birilərinə inanmırlar. Xüsusilə, də Rusiya prezidenti V.Putin Nikol Paşinyana etimad etmir. Ermənistan baş nazirinin Qərblə əlaqələrin inkişaf etdirilməsinə tərəfdar olması Rusiya dairələrində Ermənistana qarşı inamsızlığı daha da artırır.

Report


Kateqoriya : SİYASƏT Baxış sayı : 473

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...