MƏDƏNİ
A- A A+

Azərbaycanın “Bir günəş altında” sənədli filmi “Addis Ababa Asia Pacific” film festivalında nümayiş olunacaq

2018-09-10 10:20:41

.

Efiopiyanın paytaxtı Əddis-Əbəbədə sentyabrın 15-dən 23-dək keçiriləcək “Addis Ababa Asia Pacific” film festivalı çərçivəsində Azərbaycanın “Bir günəş altında” sənədli filmi nümayiş olunacaq. Filmin prodüseri Arzu Əliyevadır. Azərbaycanda yaşayan müxtəlif mədəniyyətə, adət-ənənəyə, dilə və dini etiqada malik azsaylı xalqların və etnik qrupların həyatından bəhs edən film Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilib.

Azərbaycanın Efiopiyadakı səfirliyinin məlumatına görə, səfirlik tərəfindən festivala təqdim edilən “Bir günəş altında” sənədli filmi kinofestivalın ilk günündə - sentyabrın 15-də İtaliya Mədəniyyət İnstitutunda nümayiş etdiriləcək.

Qeyd olunur ki, Azərbaycanın bir sıra bölgələrində çəkilmiş filmdə ölkəmizdə yaşayan 17 etnik qrupun 134 nümayəndəsi iştirak edib. Ekran əsəri Azərbaycan ərazisinin hər yerində etnik qrupların həyatı, mədəniyyəti və ənənələri haqqında təsəvvür formalaşmasına imkan yaradır.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 694

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...