CƏMİYYƏT
A- A A+

“Los Angeles Times” qəzeti Bakıdan yazdı

2018-09-10 09:45:24

ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetinin ispandilli versiyası olan “Hoy Los Angeles” qəzetində qəzetin baş redaktoru Alexandro Masielin (Alejandro Maciel) müəllifliyilə Bakı şəhəri haqqında geniş məqalə dərc edilib

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Azadinform-a verilən məlumata görə, “Bakı: Xəzər Dənizinin zinət tacı” başlıqlı məqalədə müəllif Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşərək, ölkəmizin inkişafı, Bakının əsrarəngiz gözəllliyi, görməli yerləri və son illərdəki sürətli transformasiyası haqqında ətraflı məlumat verir. A.Masiel səfərdən öncə Azərbaycan haqqında təsəvvürünün olmadığını, ölkəmizin yalnız adı və yerləşdiyi coğrafiya haqqında məlumatlı olduğunu bildirərək, sözügedən səfərin onun bütün baxışlarını dəyişdiyini və Azərbaycanın inkişafını öz gözləri ilə görməkdən məmnun olduğunu vurğulayır.

A.Masiel ölkəmizdə müsəlmanlar, yəhudilər, ortodoks xristianları və katoliklər də daxil olmaqla, müxtəlif dinlərə mənsub insanların dinc və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edir. Bu səpkidə o, Azərbaycanın Los Ancelesdəki Baş konsulu Nəsimi Ağayevin sözlərini qeyd edir: “Tolerantlıq və ya dözümlülük insanın onu narahat edən nəyəsə dözümlü yanaşması mənasını verir. Azərbaycanın nümunəsində isə bu tolerantlıqdan da yüksək yanaşmadır. Azərbaycanda bu başqalarının inanclarına və adət-ənənələrinə hörməti özündə ehtiva edir. Bu isə ölkəmizdəki xalqların dinc birgə yaşayışını təmin edib”.

Sonda müəllif oxucularını Azərbaycana səfər edərək bu ölkəni özləri üçün “kəşf” etməyə dəvət edir.

Qeyd edək ki, 1 milyonluq tiraja malik “Hoy Los Angeles” qəzeti ABŞ-ın ən böyük və nüfuzlu ispandilli mətbu orqanıdır. Bütün ABŞ-da 55 milyon, Kaliforniyada 15 milyon, Los Ancelesdə isə 5 milyonadək ispandilli əhali mövcuddur və bu icmanın ABŞ-ın siyasi və iqtisadi həyatındakı nüfuzü günü-gündən artmaqdadır.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 418

QHT və MEDİA

2019-08-22 11:55:39

QHT və MEDİA
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsini...

2019-08-22 09:55:34

QHT və MEDİA
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaq...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...