SİYASƏT
A- A A+

Hikmət Hacıyev: "Paşinyanın açıqlaması danışıqlar prosesinə zərbədir"

2018-09-10 08:40:48

Azərbaycan XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlamasına münasibət bildirib

Açıqlamada bildirilir ki, Ermənistanın baş nazirinin Moskvada Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz təsəvvüründə Ermənistanın bir hissəsi hesab edir deyə açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə zərbədir:

“Bununla, Baş nazir səviyyəsində Ermənistanın əsl niyyətinin münaqişənin danışıqlar yolu ilə həll edilməsi deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək olduğu nümayiş etdirilir. Ermənistan rəhbərliyi qəsdən və ya bilməyərəkdən vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi açıqlamanı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən birinin paytaxtında və həmsədrlərin vasitəçiliyi ilə nazirlər səviyyəsində Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüş ərəfəsində edir. Həmçinin, bu açıqlama ATƏT-in Baş katibinin gələn həftə Azərbaycana planlaşdırılan səfəri ərəfəsinə təsadüf edir”.

H.Hacıyev qeyd edib ki, yaxın zamanda Ermənistan rəhbərliyinin münaqişənin substantiv danışıqlar yolu ilə həllində, regionda davamlı sülhün və sabitliyin təmin olunmasında, yoxsa son iki onillik ərzində Ermənistan rəhbərliyində olan səhra komandirlərinin müharibə siyasətini davam etdirməkdə maraqlı olduğu bəlli olacaq: “Bir daha vurğulamaq istərdik ki, bu kimi açıqlamalarla vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistan və onun rəhbərliyinin üzərinə düşür”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 280

QHT və MEDİA

2019-02-16 11:30:34

QHT və MEDİA
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...

Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyə...

2019-02-16 09:25:20

QHT və MEDİA
Xocalı soyqırımının qurbanları Türkiyəni...
Xocalı soyqırımının qurbanları Türkiyəni...

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri...

CƏMİYYƏT

2019-02-15 09:05:13

CƏMİYYƏT
Haqq və ədalətin inkarı: "Freedom House"...
Haqq və ədalətin inkarı: "Freedom House"...

Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də ə...

2019-02-14 16:25:23

CƏMİYYƏT
Əcnəbi media Xocalıdan yazdı
Əcnəbi media Xocalıdan yazdı

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, müəllif məqaləd...

İQTİSADİ

2019-02-16 08:55:20

İQTİSADİ
"Davamlı inkişafın sosial-iqtisadi probl...
"Davamlı inkişafın sosial-iqtisadi probl...

Konfransın açılış mərasimində təşkilatçılarla yanaşı, Təhsil Nazirliyi, İqtis...

2019-02-12 20:05:39

İQTİSADİ
Qocaman neftçinin 90 illik yubileyi
Qocaman neftçinin 90 illik yubileyi

Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentin...