MƏDƏNİ
A- A A+

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Yunanıstanda simpozium keçirilib

2015-07-28 09:25:10

Yunanıstanın Korfu adasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Avstraliya hökuməti, Sülh Naminə Kembric Fondunun dəstəyi ilə Andreas Papandreu Fondu tərəfindən 16-cı Simi Simpoziumu təşkil olunub

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, simpoziumda ərəb dünyasında baş verən geosiyasi və ictimai dəyişikliklər, Yaxın Şərqdəki humanitar böhran, Balkanlardakı münaqişələr və regionun gələcəyi, Şərqi Aralıq dənizində regional inkişaf və sabitliyin bərpası, Avropa İttifaqının qonşuluq siyasətinin perspektivləri, eləcə də gündəmdə olan digər önəmli mövzular müzakirə edilib.

Simpoziumda Nizami Gəncəvi Beynəlxalq Mərkəzini Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya, Ərəb Liqasının sabiq baş katibi və Misirin sabiq xarici işlər naziri Əmr Musa təmsil ediblər.

Bir sıra tanınmış ictimai-siyasi xadimlər – amerikalı iqtisadçı, Nobel mükafatı laureatı Jozef Stiqlits, Yunanıstanın sabiq Baş naziri Georgi Papandreu, ABŞ-ın keçmiş Prezidenti Bil Klintonun sabiq xüsusi müşaviri Mark Mediş, Böyük Britaniya Leyboristlər Partiyasının sabiq lideri Ed Milibənd tədbirdə iştirak ediblər.

 

Simpozium çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Amr Musa və Petar Stoyanov paytaxt Afinada Yunanıstan Prezidenti Prokopis Pavlopoulos, sabiq xarici işlər naziri, parlamentin üzvü Dora Bakoyannis, sabiq Baş nazir Kostas Karamanlis ilə görüşlər keçiriblər.

 
 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 885

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-26 22:05:41

CƏMİYYƏT
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...

Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması ...

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...