MÜSAHİBƏ
A- A A+

Nemət Ərəboğlu: “Bir sıra unudulan, hazırda oxunmayan təsniflərimizi yeni çalarda ifa etmək istəyirəm”

2018-09-09 23:40:35

Tarixin gedişi boyu yaranmış incəsənət nümunələrindən biri də muğamlarımızdır. Bu yazı muğamlarımız və ifaçılarımız haqqındadır Fact-info.az saytının suallarını tanınmış xanəndə Nemət Ərəboğlu cavablandırır:

-Nemət müəllim, öncə muğam sənətinə gəlişiniz barəsində nə deyə bilərsiniz?

- Fact-info.az saytının əməkdaşlarına, saytın izləyicilərinə öz təşəkkürümü bildirirəm. Bu sənətə gəlişim barəsində onu deyə bilərəm ki, hələ sovet dönəmində hərbi xidmət keçdikdn sonra məni fiziki hazırlığıma görə hüquq mühafizə orqanlarında çalışmaq üçün təhsil almağa göndərirdilər. Mənim valideynlərim, xüsusilə. atam israrlı idi mən polisdə çalışım. Ancaq mənim musiqiyə olan həvəsim, böyük istəyim məni Milis Məktəbinə (Polis Akademiyası o zaman belə adlanırdı) deyil, beləliklə musiqiyə, muğam ifaçılığına apardı. Mən Azərbaycan Dövlət Muğam Teatrında musiqi təhsili aldım. Çox tanınmış insanlardan mərhum Nəriman Əliyevdən, böyük muğam ustadları Alim Qasımovdan, Ağakərim Nafizdən, rəhmətlik Ağaxan Abullayevdən, digər tanınmış simalardan muğamın sirrlərini öyrəndim. Bu gün bu sənətə gəməyimə görə, mənəvi rahatlığım var.

-Bəs, bu gün hansı muğamı qəlbinizə daha yaxın hiss edirsiniz?

- O zaman, təhsilə başladığım ilk addımda “Şahnaz” muğamını ifa etmişdim. Sonradan bu muğam geniş auditoriyalarda sevildi, dinlənildi.

-Hətta Qızıl fonda daxil edildi?

-Bəli Qızıl fonda daxil edildi. Bu gündə məclislərə gedəndə məndən bu muğamı oxumağı xahiş edirlər. “Şahnaz” həmçinin çətin və güclü səs tələb edən muğamlarımızdan biridir. Ancaq o fikir yaranmamalıdır ki, mən digər muğamları xoşlamıram. Əslində muğamlarımızın hər biri gözəldir. Mən sevə-sevə hər birini ifa edirəm. “Bayatı-Kürd”, “Zəminxarə” oxuyanda qəlbim riqqətə gəlir. Səsimin ahənginə uygun olaraq həzin muğamları daha çox oxumağa həvəsim olur. Muğam şifahi xalq yaradıcılığı nümunəsidi. Muğam ecazkarlıq nümunəsidir. Muğam bütün musiqi əsərlərinin açarıdır. Hər muğamın xüsusi əhəmiyyəti, özünəməxsus xüsusi koloriti var.

- Vaxtılə ifa olunmuş bəzi mahnıların yeni tərzdə ifası tendensiya halını alıb. Buna münasibətiniz necədir?

- Ümumiyyətlə, vaxtılə ifa olunmuş bəzi musiqilərimizin yeni çalarda, yüksək peşəkarlıqla ifası mümkündür. İfa zamanı müxtəlif gəzişmələr, yeni çalarlar mümkün olar. Ancaq bütün bunlar əndazədə, müsuqinin klassik üslubuna, mahiyyətinə və digər məqamlara xələl gətirmədən olmalıdır. Yoxsa klassik musiqinin, tanınmış bəstəkar mahnılarının üzərində dəlləklik etmək, min oyundan çıxmaq yol verilməz haldır. Çox tanınmış ifaçılar olub həmin musiqiləri gözəl ifa edərək öz möhürlərini vurublar. Bu gün onların bizə əmanət qoyub getdiyi həmin mənəvi irsi biz qorumalıyıq. Bu böyük mədəni xəzinə gənc nəslə yalnız peşəkar səviyyədə, dürüst şəkildə çatdırılmalıdır.

-Nemət müəllim bu gün musiqini ifa etmək, yoxsa dinləmək daha zövqlüdür?

-Mənim fikrimcə, ifaçı musiqni dinləyə-dinləyə ifa etməlidi. Xanəndə öncə özü bu musiqini yaşamalıdı, duymalıdı, ondan sonra sevə-sevə auditoriyaya çatdırmalıdır. O zaman hər şey gözəl olur.

-Həm də ifa zamanı çatışmazlıq olarsa ifaçı onu aradan qaldırmağa cəhd göstərməlidr?

-Təbii ki, ifaçı bütün məqamları nəzarətdə saxlamalıdır ki, lazım olan məqamda baş verə biləcək çatışmazlıq aradan qalxsın. Xanəndənin özünə, davranışına, ifa tərzinə nəzarəti bir mədəniyyətdir. Təəssüf ki, bəzən telekanallarda bir çox hallarda bu məqamlar, elementar dəyərlər qorunmur. Məhz bu faktorlarda efir mədəniyyətszliyinə gətirib çıxarır

-Müasir dövrdə yeni İnformasiya texnologiyanın sürətli inkişafı muğam sənətinə hansı müsbət çalarlar gətirdi?

-İnformasiya texnologiyalarının, intenetin belə sürəti həyatımıza, yaşayış tərzimizə, işgüzar münasibətlərimizə, həmçinin muğam sənətinə çox müsbət təsir etməkdədir. Müasir texnologiyalardan yararlanan ifaçılar öz ifalarını daha geniş auditoriyaya çatdırırlar. Dünyanın hər bir yerindən çox rahatlıqla Azərbaycan musiqiləri ilə tanış olmaq mümkündür. Musiqi ifaçılarımızın, xanəndələrimizin bir çoxu bu gün sosial şəbəkələrdə çox aktivdirlər. Mən gündəlik olaraq bu şəbəkələrdən maksimum yararlanaraq müxtəlif məlumatlar oxuyuram, öz ifalarımı internetdə yerləşdirirəm. Düşünürəm ki, musiqi sahəsində bu fikir mübadiləsi çox lazımdır. O baxımdan klassik musiqimizin internet üzərindən təbliğatını yalnız alqışlamaq lazımdır.

-Necə düşünürsünüz, nə zamansa muğamda yeniliklər baş verə bilərmi və bu hal nə dərəcədə doğru olar?

-Mənim fikrimcə, muğam sənətimiz toxunulmaz qalmalıdır. Daha gözəl ifalar təqdim etmək lazımdır. İfalar zamanı səs imkanlarını nəzərə alaraq müəyyən çalarlar, yanaşmalar, üslub tərzi mümkündür. Bu ancaq musiqimizə zərər vermədən, əndazədəni qorumaq şərtilə mümkün olar. Vaxtılə dahi Üzeyir Hacıbəyli muğam sahəsində müəyyən yeniliklər etmişdi. Ancaq Üzeyir bəy kimi insanlar hər zaman, hər əsrdə yetişmir.

-Gənc xanəndələrimizin ifaları sizi qane edirmi? Ümumiyyətlə, muğam sahəsində inkişaf tendensiyasını necə dəyərləndirirsiniz?

-Mən Azərbaycanın Birinci Vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya muğam sənətimizə, mədəniyyətimizin inkişafına göstərdiyi dəstəyə görə dərin minnətdarlığımı bildirirəm. Məhz Mehriban xanımın dəstəyi ilə muğam sahəsində çox böyük irəliləyişlər olub. Bu gün Azərbaycan musiqisi dünyada təbliğ olunur, tanınır. Əcnəbilər tərəfindən qəbul olunur. Muğam sənətinə yeni səslər, yeni nəfəslər gəlməkdədir. Çox möhtəşəm ifası ilə geniş auditoriyalatra təsir edən, ecazkar səsi olan gənc xanəndələrimiz yetişməkdədir. Bunu yalnız alqışlamaq lazımdır.

-Bəs gələcək işləriniz haqqında nə deyə bilərsiniz?

-Ustad sənətkarımız Ağakərim Nafizlə müzakirələr aparırıq. Onu qeyd etmək istərdim ki, Ağakərim müəllim klassik musiqi yaradıcılığı ilə məşğul olan çox dəyərli insandır. Ümumiyyətlə, mən hər zaman öyrənməyə çalışıram. Çalışıram ustad sənətkarlardan hər zaman öyrənim. Düşünürəm ki, bir sira unudulan, hazırda oxunmayan təsniflərimizi, bəzi klassik musiqi nümunələrəmizi yeni çalarda ifa edim. Həmin ifalara yenidən can verərək geniş auditoriyalara çatdırmaq istəyirik. Düşünürəm ki, bu çox maraqlı bir iş və muğam sənətimizə töhfə olacaq. Sonda Azad Studiyasının rəhbəri Mirzə Balakişiyevə dərin təşəkkürümü bildirirəm. Məhz Azad Studiyasının böyük dəstəyi ilə mən daxil olmaqla bir çox xanəndələr, musiqiçilər internet vasitəsilə öz ifalarını gemiş auditoriyaya çatdıra bilirlər. Həmçinin həmin studiya video çəkilişlərin peşəkar səviyyədə montajında da bizə yardımçı olur.

Müsahibəyə görə çox sağ olun

Toğrul

Fact-info.az saytı

  • @continue

Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 2134

QHT və MEDİA

2018-10-23 08:10:16

QHT və MEDİA
“UNEC-də bir gün” layihəsinə yenidən sta...
“UNEC-də bir gün” layihəsinə yenidən sta...

Universitetdən verilən məlumata görə, layihənin məqsədi abituriyentləri, eləc...

2018-10-22 09:55:11

QHT və MEDİA
"Star" layihəsinin siyasi və təhlükəsizl...
"Star" layihəsinin siyasi və təhlükəsizl...

Bu barədə Trend-ə Milli Məclisin deputatı Azay Quliyev bildirib. A.Quliyev qe...

CƏMİYYƏT

2018-10-23 07:45:43

CƏMİYYƏT
Azərbaycan çoxvektorlu və tarazlaşdırılm...
Azərbaycan çoxvektorlu və tarazlaşdırılm...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, İsraildəki “Cəmiyyət üçün ...

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

İQTİSADİ

2018-10-21 23:20:27

İQTİSADİ
“Star” neft emalı zavodunun açılışı regi...
“Star” neft emalı zavodunun açılışı regi...

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türki...

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...