QHT və MEDİA
A- A A+

Yaşlı insanların yaradıcılıq imkanlarının nümayiş etdirilməsi məqsədilə ədəbi –bədii tədbir keçirilib

2018-09-09 23:15:47

Sentabrın 7-də “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda ədəbi –bədii tədbir təşkil edib

Fact-info.az-a verilən məlumata görə, yaşlı insanların yaradıcılıq imkanlarının nümayiş etdirilməsi məqsədilə təşkil oluna tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yaşlı insanlar üçün sosial adaptasiya və dəstək proqramı” layihəsi çərçivəsində baş tutub.

Tədbiri giriş sözü ilə açan “Müharibə və əmək əlilləri üçün pansionat”ın direktoru Qətibə Əsədova isə vurğulayıb ki, dövlət başçısının tapşırığı və qayğısı ilə Pansionat hər cür təminatla qarşılanıb. Hazırda pansionatda ahıl, müharibə və əmək veteranı yaşayır. Bu insanlar tam dövlət qayğısı ilə əhatə olunub. Pansionatın direktoru Qətibə Əsədova bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd edərək bildirib ki, pansionat sakinlərinin istirahətinin səmərəli keçirilməsi onlarının əhval ruhiyyəsinə müsbət təsir göstərir.

Xüsusən bu tədbirlərin müxtəlif qurumlar tərəfindən təşkil olunması yeni ünsiyyətlərin və əlaqələrin meydana gəlməsinə səbəb olur. Daha sonra çıxış edən “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova çıxış edərək, layihə haqqında məlumat verib. Təşkilat sədri bildirib ki, layihənin məqsədi yaşlı nəslin nümayəndələrinin yaradıcılıq bacarıqlarının təqdim edilməsi, cəmiyyətə yaşlı insanlara qayğının vacibliyinin aşılanması, yaşlı insanların asudə vaxtının təşkil olunmasından ibarətdir.

Musiqili- əyləncəli proqramla davam edən tədbirdəpPansionatın sakinləri öz bacarıqlarını göstərərək, müxtəlif musiqi nömrələri təqdim ediblər. Onların ifasında muğam, xalq mahnıları, rəqslər və poeziya nümunələri nümayiş olunub.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 522

QHT və MEDİA

2019-08-20 15:40:01

QHT və MEDİA
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənist...

2019-08-20 12:20:39

QHT və MEDİA
“Azərbaycanın müstəqillik şairləri” kit...
“Azərbaycanın müstəqillik şairləri” kit...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...

2019-08-18 08:05:57

İQTİSADİ
Xəzər İqtisadi Forumu: perspektivli yeni...
Xəzər İqtisadi Forumu: perspektivli yeni...

2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı sənədlər qəbul ediləndən sonra ...