MÜSAHİBƏ
A- A A+

Sədaqət Vəliyeva: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Avrasiyanın geostrateji mərkəzinə çevrilməkdədir

2018-09-08 09:55:36

.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Avrasiyanın geostrateji mərkəzinə çevrilməkdədir. Çünki Şuranın üzvü olan Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan yerləşdikləri regionların lider dövlətləri kimi iri transmilli layihələrin və geniş əməkdaşlıq münasibətlərinin kəsişdiyi nöqtədə yerləşirlər. Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva AZƏRTAC-a açıqlamasında deyib.

Sədaqət Vəliyeva bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzvlərinin Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz, Qara və Aralıq dənizləri regionlarında sıx əməkdaşlıq və böyük səmərəlilik bəxş edən nəqliyyat və karbohidrogen layihələrinin müəllifləri olmaları onlara geoiqtisadi dividendlərlə yanaşı, geosiyasi üstünlüklər də gətirir. “Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, TANAP, TAP, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub və Şərq-Qərb, “Yeni İpək Yolu” layihələrinin reallaşdırılması, eyni zamanda, iri ticarət limanlarının və nəqliyyat terminallarının inşa edilməsi Yaponiyadan, Çindən gələn yüklərin, Xəzər hövzəsinin neft-qaz ehtiyatlarının Avropaya daşınması və nəqlini təmin edir, bundan sonra da edəcək. Perspektivdə isə Özbəkistan və Macarıstan kimi ölkələrin də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulması əməkdaşlıq üçün daha geniş imkanlar yarada bilər. Bütün bunlar isə yalnız səmərə və fayda gətirəcək. Çünki Şuranın üzvləri əməkdaşlıq üçün etnik, yaxud dini amili deyil, qarşılıqlı hörmət və maraqların uzlaşdırılması prinsiplərini əsas götürürlər”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

“Dünyada cərəyan edən prosesləri təhlil etdikdə aydın olur ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının uğurlu perspektivi var”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, nəqliyyat-kommunikasiya, həmçinin neft-qaz layihələrinin tam reallaşdırılmasından sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Avrasiya məkanında ciddi amilə çevriləcək. Bundan faydalananlar isə daim sülhün və əməkdaşlığın tərəfdarları olacaqlar.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 506

QHT və MEDİA

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

2019-11-19 09:45:34

QHT və MEDİA
Mehriban Əliyeva Avropa və dünyada geniş...
Mehriban Əliyeva Avropa və dünyada geniş...

Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koç tərəfindən Azərbay...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...