SİYASƏT
A- A A+

Moskva ilə Bakının münasibətləri genişmiqyaslı qarşılıqlı fəaliyyət formatındadır

2018-09-06 09:05:20

.

Bu dəfə Soçidə aparılan danışıqlar bir daha göstərdi ki, Moskva ilə Bakının münasibətləri təkcə Qarabağ münaqişəsinin nizamlanması və ya ikitərəfli əməkdaşlıq mövzuları ilə məhdudlaşmır. Bu münasibətlər həm də postsovet məkanının hüdudlarından kənardakı aktorların cəlb edildiyi daha genişmiqyaslı qarşılıqlı fəaliyyət formatındadır.

Rusiyalı məşhur ekspert, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov bu fikirləri AZƏRTAC-a müsahibəsində sentyabrın 1-də Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Soçiyə səfərinin və Rusiya Prezidenti Vladimir Putin ilə aparılmış danışıqların yekunlarını şərh edərkən söyləyib.

M.Neyjmakov deyib: “İlham Əliyev ilə Vladimir Putinin görüşləri müntəzəm keçir. Lakin prezidentlərin son bir ildə bundan əvvəlki şəxsi görüşləri sammitlər və digər beynəlxalq tədbirlər çərçivəsində olmuşdu. Rusiya və Azərbaycan prezidentlərinin budəfəki danışıqları 2017-ci ilin iyul ayından sonra belə tədbirlərdən kənarda keçirilmiş ilk danışıqlardır. Bu, çox vacibdir. Məsələn, məhz İlham Əliyevin Rusiyaya budəfəki səfərinin gedişində iqtisadi sahədə, o cümlədən neft-qaz sahəsində Rusiya-Azərbaycan əməkdaşlığına dair 17 sənəd imzalanıb. İqtisadi əməkdaşlığın fəallaşdırılması heç də həmişə siyasi yaxınlaşmanın artmasına avtomatik surətdə zəmanət vermir, lakin bu, əlbəttə, siyasi əməkdaşlıq üçün əlavə təkan ola bilər”.

Rusiyalı ekspert Soçi görüşünün yekunlarına əsasən, hər iki Prezidentin mətbuat üçün bəyanatlarında xatırlatdıqları beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinə toxunaraq deyib: “Əlamətdar haldır ki, son bir ildə Azərbaycan və Rusiya prezidentləri arasında görüşlər daha geniş beynəlxalq tədbirlər, məsələn, 2017-ci ilin noyabrında Tehranda Azərbaycan, Rusiya və İranın dövlət başçılarının danışıqları və ya 2018-ci ilin avqustunda Aktauda Xəzər Sammiti çərçivəsində keçirilib. Bununla belə, Moskvanın və Bakının birlikdə qoşulduğu qarşılıqlı fəaliyyətin bu cür geniş formatları nə qədər çox olsa, iki dövlətin münasibətlərində əlavə “aparıcı konstruksiyalar” da bir o qədər çox olur, bu isə onların dayanıqlılığını artıra bilər”.

Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki görüşün yekunlarına əsasən imzalanmış müqavilələrin əhəmiyyətindən söhbət açaraq deyib: “Kifayət qədər uzunmüddətli perspektivdə ölkələrimizin iqtisadi tərəfdaşlığının istiqamətlərini müəyyən edən sənədi – iki dövlətin hökumətləri arasında 2024-cü ilə qədər əməkdaşlıq proqramını xüsusi qeyd etmək olar. Səciyyəvi haldır ki, həmin proqramda ticarətdə mövcud baryerlərin aradan qaldırılması və nəqliyyat potensialının inkişafı sahəsində əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur, bu isə yuxarıda qeyd etdiyimiz “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsindəki layihələr üçün çox vacibdir. Ümumiyyətlə, belə danışıqların gedişində sənədlər ətrafında yaranan rezonans deyil, iki dövlətin tərəfdaşlığının durmadan inkişaf etməsi üçün həmin sənədlərin əhəmiyyəti vacibdir. Bakı və Moskva üçün əməkdaşlığın genişləndirilməsi potensialı əsla tükənməyib”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 573

QHT və MEDİA

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

2019-11-16 11:00:04

QHT və MEDİA
Şura 2020-ci ildə dövlət orqanları və di...
Şura 2020-ci ildə dövlət orqanları və di...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...