CƏMİYYƏT
A- A A+

Koreyada nəşr olunan “Diplomatiya” jurnalı Azərbaycandan yazıb

2015-07-27 09:45:39

Koreya Respublikasında nəşr olunan “Diplomatiya” jurnalının növbəti sayında ölkəmizin Seuldakı səfiri Rəmzi Teymurovun “Azərbaycan öz xarici siyasətində digər ölkələrlə bərabər və qarşılıqlı əməkdaşlığa əsaslanan ikitərəfli əlaqələr qurur” adlı məqaləsi dərc edilib

Məqalədə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) mövcud olduğu iki il ərzində dövlət quruculuğu və dövlətçiliyin inkişafı istiqamətində əldə etdiyi nailiyyətlər barədə məlumat verilir, 1991-ci ildə müstəqilliyini bərpa edən müasir Azərbaycan dövlətinin məhz AXC-nin varisi olduğu vurğulanır.

Səfir müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklər barədə danışıb, yaranmış siyasi və iqtisadi böhran, vətəndaş müharibəsi təhlükəsi, eləcə də Ermənistanın işğalçılıq siyasəti kimi amillərin Azərbaycanın müstəqilliyini sual altında qoyduğunu diqqətə çatdırır. Azərbaycanın düşdüyü həmin çətin vəziyyətdən ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində çıxdığı və davamlı inkişaf yoluna qədəm qoyduğu bildirilir. Ulu Öndərin əsasını qoyduğu milli inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanır.

Məqalədə Azərbaycanın Dağlıq Qarabağ regionunun və 7 ətraf rayonunun 20 ildən artıqdır ki, Ermənistanın işğalı altında olduğu, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi qeyd edilir.

Səfir Azərbaycanda idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə də məlumat verərək ötən ay tarixdə ilk dəfə təşkil edilən Avropa Oyunlarının Azərbaycanda keçirildiyini qeyd edir. O, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın tolerantlıq və multikulturalizm baxımından nümunəvi ölkə olduğunu vurğulayır.

Məqalədə, həmçinin Azərbaycan-Koreya münasibətlərinin əhəmiyyətinə toxunulur, 2006-cı və 2007-ci illərdə dövlət başçılarının qarşılıqlı səfərləri nəticəsində iki ölkə arasında siyasi, iqtisadi, mədəni, elm və texnologiya və s. sahələr üzrə ikitərəfli əlaqələrin inkişaf etdiyi diqqətə çatdırılır, habelə Koreyanın Şərqdə Azərbaycanın ən önəmli tərəfdaşlarından olduğu qeyd edilir.

Son illər iqtisadi, mədəni, siyasi, təhsil, müdafiə və digər sahələrdə ikitərəfli əlaqələrin yüksək səviyyəli səfərlərlə müşayiət olunduğu, xüsusilə ötən ilin noyabr ayında Koreya Respublikasının Baş nazirinin Azərbaycana rəsmi səfər etdiyi diqqətə çatdırılır. Məqalədə Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olduğu qeyd edilir, Koreya şirkətlərinin bu sahədə fəaliyyətlərinin daha da genişləndirilməsinin arzulandığı vurğulanır.

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1280

QHT və MEDİA

2020-06-06 16:55:00

QHT və MEDİA
Anar Məmmədov: İkili standartlar olan ...
Anar Məmmədov: İkili standartlar olan ...

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf ist...

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...