CƏMİYYƏT
A- A A+

QHT-nin inkişafı üçün mühüm məqamlar

2018-09-03 20:50:23

İnkişaf etmiş cəmiyyət üçün QHT sektorunun geniş fəaliyyəti son dərəcə zəruriridir

Təbii ki, demokratik inkişaf yolunu tutan Azrbaycanda bu sahənin inkişafı zamanın tələbi idi. Etiraf etmək lazımdır ki, QHT sektorunda kifayət qədər uğurlu addımlar atılmaqdadır. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının yaradılması və 10 illik fəaliyyəti həmin uğurların tərkib hissəsidir.

Kimin necə düşünməsindən asılı olmayaraq bu qurumun fəaliyyət mexanizmi çox yaxşı təşkil olunmuşdu və belə demək mümkündürsə özünü doğruldub. Təbii ki, QHT-yə Dövlət Dəstəyi Şurasının 10 illik uğurlu fəaliyyətini tədqiq etmək. yazı hazırlamaq başqa söhbətin mövzusudur. Digər tərəfdən Azərbaycanda vətəndaş cəmiyyətinin geniş fəaliyyəti ilə bağlı çox mütərəqqi qanunlar qəbul edilib. Hüququ baza getdikcə zənginləşməkdədir. Bu yazıda isə qht-lərin maliyyə çevrəsi və iqtisadi məsələlərinə toxunmaq istərdim. Ola bilər kimlərsə mənim fikrimlə razılaşmasın. Bu çox normal haldır. Ancaq mənim fikrimcə, ictimai təşkilat maliyyə vəsaiti üçün yalnız Prezident yanında QHT-yə Dövlət Dəstəyi Şurasına üz tutmamalıdır. Çünki qht-lərin bütün maliyyə məsələlərini yalnız bu qurum həll edə bilməz.

Digər nazirliklərin, şirkətlərin bu işə qoşulması zəruridir. Həmin qurumların innovativ layihələrə vəsait ayırması Azərbaycan cəmiyyətinin, dövlətinin xeyirinə olar. Azərbaycanın iqtisadiyyatındakı inkişaf, gəlirlərin artması bu işləri görməyə problem yaratmır. Deməli, burada səmimi istəyin, vətəndaşlıq mövqeyinin güclü olması yetərlidir.

Təbii olaraq bu yerdə suallar yaranır hansı səbəbdən müxtəlif dövlət qurumları, özəl şirkətlər QHT-lərlə əməkdaşlığa cəlb olunmasın? Cəmiyyətimizin inkişafı üçün zəruri olan layihələrin icrasına həmin qurumlar tərəfindən niyə maliyyə dəstəyi göstərilməsin? Bu potensialdan yararlanmağa mane olan səbəblər nədir?

Biz “İctimai iştirakçılıq haqqında” qanunu əsas tutaraq bir çox nazirliklərə, özəl şirkətlərə əməkdaşlıq üçün məktubla müraciət etmişdik. Təəəssüf ki, cavab məktubu ala bilmirik. Mənim birinci təklifim ondan ibarətdir ki, bir çox sənədlərdə, o cümlədən “İctimai iştirakçılıq haqqında” qanunda həm dövlət qurumlarının, həm də özəl şirkətlərin bu proseslərə necə cəlb olunması və qanunlara əməl etməyən hər hansı tərəfin məsuliyyəti açıq şəkildə göstərilməlidir.

Onu nəzərə almaq lazımdır ki, dünyada QHT-lərlə dövlət qurumları arasında çox zəngin təcrübə var. Bu gün Avropanın bir çox ölkəsində o cümlədən Xorvatiyada yalnız bi neçə nazirlik istisna olmaqla qalan dövlət qurumlarının əksəriyyəti qrant ayırır. Maraqlısı odur ki, həmin ölkənin qeyri-hökümət təşkilatlarının sayı Azərbaycandakından qat-qat çoxdur. Vətəndaş Cəmiyyəti sisteminin inkişafı üçün şəffaf maliyyə çevrəsinin geniş olması vacib faktordur.

Digər bir məqama diqqət yetirmək istərdim. Bu gün Gənclər Fondu qeyri gənclər təşkilatlatlarından niyə uzaq düşüb?

Azərbaycan Respublikasının Gənclər Fondu mütəmadi olaraq qrant müsabiqələri elan edir. Ümumilikdə fədakar, intellektli gənclər və gənclər təşkilatları üçün nəzərdə tutulan bu müsabiqə mühüm məsələdir. Narahatlıq doğuran odur ki, qeyri gənclər təşkilatları bu müsabiqəyə niyə qatılmasın?

Bu QHT sektoru üçün ciddi problem olaraq qalmaqdadır. Onda belə çıxır ki. gənclər təşkilatları da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi qrant müsabiqələrində iştirak etməsinlər. Gənclər Fondunun belə qərarları maliyyə çevrəsi son dərəcə zəif olan, kifayət qədər uğurlu layihələr icra edən və adında gənclər sözü olmayan QHT-lərin fəaliyyətinə, ümumilikdə vətəndaş cəmiyyətinin fəaliyyətinə mənfi təsir göstərməkdədir. Düşünürəm ki, bu məqamlar araşdırılıb döğru qərarlar qəbul edilməlidir.

Təbii ki, bu gün QHT-nin potensialından düzgün istifadə etmək ən məqbul variantdır. Bu sahədə kifayət qədər fədakar, intellektli insanlar cəmləşib. Nəzər salanda bir daha şahidi oluruq ki, həmin şəxslər səmimi şəkildə dövlətin, cəmiyyətin inkişafına xidmət etmək istəyində və gücündədir. Əgər zamanında QHT-nin maliyyə çevrəsinin genişlənməsi istiqamətində ciddi addımlar atılmasa bir çox fədakar və intellektli insanlar bu sahəni tərk edəcək.

Sonda bir vacib məqama diqqət yetirmək istərdim. QHT sahəsinə yatırılan sərmayələr, vəsaitlər bu sistemdə çalışan insanların varlanmasına deyil, bu, əslində cəmiyyətin inkişafına, dolayası ilə həmin maliyyənin dövlət büdcəsinə yenidən qayıdışına xidmət edir.

Əkrəm Bəydəmirli


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1022

QHT və MEDİA

2018-12-19 10:05:08

QHT və MEDİA
Berlin Humboldt Universitetində Azərbayc...
Berlin Humboldt Universitetində Azərbayc...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, universitetin əsas binasınd...

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

CƏMİYYƏT

2018-12-19 10:30:50

CƏMİYYƏT
Cənubi Qafqaz iki geosiyasi tendensiya a...
Cənubi Qafqaz iki geosiyasi tendensiya a...

Ekspertlərin bununla bağlı apardıqları analiz və verdikləri proqnozlar mara...

2018-12-18 10:35:09

CƏMİYYƏT
Dil normalarının pozulmasına görə cəzala...
Dil normalarının pozulmasına görə cəzala...

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Az...

İQTİSADİ

2018-12-18 09:45:15

İQTİSADİ
UNEC-dən iqtisad elminin tədrisinə daha ...
UNEC-dən iqtisad elminin tədrisinə daha ...

Dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.K...

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...