SİYASƏT
A- A A+

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində iştirak edib

2018-09-03 10:15:18

Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti işə başlayıb.

Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edir. Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Sammitdə iştirak edən Prezident İlham Əliyevi, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovu, Macarıstanın Baş naziri Viktor Orbanı qarşılayıb.

Dövlət və hökumət başçıları Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzinin ərazisini gəzdilər, burada açıq havada nümayiş etdirilən, qırğız xalqının görkəmli şəxsiyyətlərinin abidələrinə, eləcə də bu ölkənin tarixini, mədəniyyətini əks etdirən abidələrə baxdılar.

Sammitin açılışında çıxış edən TDƏŞ-in hazırkı sədri, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tədbirin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Qırğız Respublikasının Prezidentinə minnətdarlığını bildirdi. Prezident Nursultan Nazarbayev dedi ki, VI Sammitdə Özbəkistan və Macarıstanın da iştirak etməsi təşkilatın fəaliyyətinin genişlənməsinin və həmrəyliyin gücləndirilməsinin göstəricisidir. Türk Şurasının fəaliyyətinin güclənməsi ortaya çıxan hədəflərə nail olunmasına mühüm töhfə verəcək.

Sonra Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət və hökumət başçıları çıxış etdilər. Sammit işini davam etdirir. (azertac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 287

QHT və MEDİA

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

2019-05-23 09:20:12

QHT və MEDİA
Cənubi Karolina ştatının qubernatoru ADR...
Cənubi Karolina ştatının qubernatoru ADR...

Bəyannamədə 1918-ci il may 28-də Müsəlman Şərqində ilk dünyəvi parlamentli re...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...