SİYASƏT
A- A A+

Bişkekdə Türk Şurasına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

2018-09-03 09:50:38

Sentyabrın 2-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

Iclasda Qırğızıstan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri Erlan Abdıldayev, Mövlud Çavuşoğlu, Kayrat Abduraxmanovo, Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov iştirak ediblər. İlk dəfə olaraq Şuranın iclasına fəxri qonaq qismində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto da qatılıb. İclas Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayevin sədrliyi ilə keçirilib. Şuranın iclasında sentyabrın 3-də Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində müzakirə ediləcək məsələlərə baxılıb.

Tədbirdə türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, o cümlədən ticari-iqtisadi, mədəni-humanitar sahələrdə regional əməkdaşlığın dərinləşdirilməsi, Türk Şurasının və digər türk institutlarının gələcək inkişaf perspektivləri müzakirə edilib. Görüşdə Türk Akademiyasını, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti ilə bağlı sazişlər imzalanıb. İclasda, həmçinin Macarıstana Türk Akademiyasında müşahidəçi statusu verilməsi ilə bağlı qərar da qəbul edilib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 377

QHT və MEDİA

2019-06-27 07:40:15

QHT və MEDİA
Səfir Polad Bülbüloğlu: “Müharibə hələ b...
Səfir Polad Bülbüloğlu: “Müharibə hələ b...

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bu fikirləri Azərbaycanın Rus...

2019-06-25 07:40:37

QHT və MEDİA
Ağdama qayıdanda bəs siz harada olacaqsı...
Ağdama qayıdanda bəs siz harada olacaqsı...

O şəkillərə məndə baxdım. Ağdamımın saralmış şəkillərini deyirəm. Bir ağdamlı...

CƏMİYYƏT

2019-06-24 08:50:09

CƏMİYYƏT
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...

Ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO baş direktoru Odri Azuleyin,...

2019-06-20 07:30:53

CƏMİYYƏT
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

İQTİSADİ

2019-06-24 07:45:46

İQTİSADİ
İqtisadçı ekspert: Son artımlardan sonra...
İqtisadçı ekspert: Son artımlardan sonra...

Prezident İlham Əliyev iqtisadi inkişaf, neft və qaz sektorundan əldə olunan ...

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...