CƏMİYYƏT
A- A A+

Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfəri ölkələrimiz arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə güclü təkan verəcək

2018-09-03 09:40:50

.

Azərbaycan-Rusiya münasibətlərinin əsasını qədim dostluq və mehriban qonşuluq ənənələri, hüquq bərabərliyi, bir-birinin mənafelərinə hörmət, ortaq tarix və mədəniyyət təşkil edir. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Rusiya ilə əməkdaşlığın qorunub saxlanması və möhkəmlənməsi ölkəmizin xarici siyasətinin ən mühüm prioritetlərindən biri olmuşdur. Şübhəsiz, bu işdə ümummilli lider Heydər Əliyevin xidmətləri çox böyükdür. Məhz ümummilli lider siyasi hakimiyyətə qayıdandan sonra 1990-cı illərin əvvəlində aralarında müəyyən soyuqluq müşahidə edilən Azərbaycan-Rusiya münasibətlərini normallaşdırmağa nail oldu. Müasir mərhələdə dövlətlərimizin başçıları – cənab İlham Əliyev və cənab Vladimir Putin bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldə bilmişlər.

Rusiya bizim tarixi tərəfdaşımız və dostumuzdur. Azərbaycanın ciddi problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yaxından iştirak edərək Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi regionda davamlı sabitliyin və sülhün qorunması, təhlükəsizliyin təmin edilməsində maraqlıdır. Bu gün qətiyyətlə demək olar ki, Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir. Biz ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edirik.

Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri də ölkələrimiz arasında bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəkdir. Xüsusən də dövlət başçıları arasında səmimi dostluq münasibətləri bu proseslərə çox güclü impuls verir. Rusiya-Azərbaycan münasibətləri təkcə ikitərəfli münasibətlər kontekstində deyil, həm də bütövlükdə regionun gələcəyi kontekstində qiymətləndirilməli olan münasibətlərdir. Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da durmadan inkişaf etməsi regional sabitliyin və təhlükəsizliyin qorunub saxlanması, Cənubi Qafqazda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsi, xalqlarımızın əsaslı maraqlarının reallaşması üçün xüsusi əhəmiyyət kəsb edir.

Səfər çərçivəsində Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinə imkan verəcək mühüm sənədlər imzalandı. İqtisadi əməkdaşlığa dair imzalanan sənədlər ölkələrimiz arasında əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək. Hazırda Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. İki ölkə qarşılıqlı şəkildə bir-birinə investisiya yatırır. Bütün bunlar ölkələrimiz arasında əməkdaşlığın miqyasına və əhəmiyyətinə təsir edir. Azərbaycan ilə Rusiya arasında qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsinin təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün çox böyük potensialı var.

Müxtəlif sahələri əhatə edən Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa, strateji tərəfdaşlığa əsaslanır və uğurla inkişaf edir.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 951

QHT və MEDİA

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

2020-06-01 08:10:21

QHT və MEDİA
Fransa mediası 28 May Respublika Gününə...
Fransa mediası 28 May Respublika Gününə...

Fransanın “Agoravox” portalında “Rusiya və Azərbaycanın qeyri-adi tarixi “ ad...

CƏMİYYƏT

2020-06-01 07:40:01

CƏMİYYƏT
Türkdilli dövlətlər arasında strateji əm...
Türkdilli dövlətlər arasında strateji əm...

“Türkdilli ölkələr arasında çoxtərəfli formatda əlaqələrin qurulmasına ötən ə...

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...