SİYASƏT
A- A A+

Hikmət Hacıyev: Azərbaycan bütün tərəfdaş dövlətlərlə bərabərhüquqlu əlaqələrin qurulmasının tərəfdarıdır

2018-09-02 10:15:13

Azərbaycan öz xarici siyasətində bütün tərəfdaş və dost dövlətlərlə bərabərhüquqlu və normal əlaqələrin qurulmasının tərəfdarıdır

Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev TRT World kanalına müsahibəsində aparıcının Azərbaycanın Rusiya və Almaniya ilə əlaqələri və regiona artan maraqlar haqqında sualını cavablandırarkən deyib. Rusiya və Azərbaycanın qonşu dövlətlər olduğunu və iki ölkə arasında ənənəvi dostluq əlaqələrinin hökm sürdüyünü deyən XİN-in sözçüsü iki ölkənin birgə səylər və tədbirlərlə əməkdaşlığı daha da gücləndirməyə çalışdığını vurğulayıb. Digər tərəfdən o, Azərbaycanın Avropa İttifaqından olan tərəfdaşlarla yaxından əməkdaşlıq etdiyini qeyd edərək Avropa İttifaqı və təşkilata üzv dövlətlər, o cümlədən Almaniya ilə əməkdaşlıq üzrə Azərbaycanın geniş gündəliyinin olduğunu diqqətə çatdırıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli və vasitəçilik missiyaları haqqında sualı cavablandıran Hikmət Hacıyev Cənubi Qafqaz regionunun Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən davam edən işğalından əziyyət çəkdiyini və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğunun regional sülh və təhlükəsizliyi ciddi təhdid etdiyini vurğulayıb. Münaqişənin həlli üzrə yol xəritəsinin hər kəsə aydın olduğunu və bunun beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslandığını deyən XİN rəsmisi bütün həmsədr ölkələrin BMT TŞ-nın qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün səylərini artırmasının vacibliyini diqqətə çəkib. Münaqişənin həllində Almaniyanın roluna gəldikdə isə o, Almaniyanın Minsk qrupunun üzv ölkələrindən biri olduğunu bildirərək deyib: “Azərbaycanın gözləntisi ondan ibarətdir ki, Minsk qrupunun həmsədrləri ilə birlikdə Minsk qrupunda iştirak edən bütün dövlətlər fəal olaraq BMT TŞ-nın qətnamələrinin həyata keçirilməsinə dəstək olmalıdırlar”. BMT TŞ-nın qətnamələrinin mahiyyətinə toxunan Hikmət Hacıyev xatırladıb ki, bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. Yekunda XİN rəsmisi Azərbaycan xalqının 25 ildən artıq bir dövr ərzində bu münaqişədən əziyyət çəkdiyini və Azərbaycanın münaqişənin substantiv və intensiv danışıqlar yolu ilə həllini dəstəklədiyini qeyd edib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 249

QHT və MEDİA

2019-02-18 08:40:09

QHT və MEDİA
Ermənilər azərbaycanlılar və çeçenlər ar...
Ermənilər azərbaycanlılar və çeçenlər ar...

Trend-in məlumatına görə, erməni sosial şəbəkə istifadəçiləri həmyerlilərini ...

2019-02-16 11:30:34

QHT və MEDİA
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...

Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyə...

CƏMİYYƏT

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

2019-02-15 09:05:13

CƏMİYYƏT
Haqq və ədalətin inkarı: "Freedom House"...
Haqq və ədalətin inkarı: "Freedom House"...

Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də ə...

İQTİSADİ

2019-02-18 16:05:32

İQTİSADİ
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...

Trend Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Dövlət Neft Şir...

2019-02-16 08:55:20

İQTİSADİ
"Davamlı inkişafın sosial-iqtisadi probl...
"Davamlı inkişafın sosial-iqtisadi probl...

Konfransın açılış mərasimində təşkilatçılarla yanaşı, Təhsil Nazirliyi, İqtis...