QHT və MEDİA
A- A A+

Xaricdə oxumaq istəyən azərbaycanlıları nə gözləyir?

2018-07-10 19:40:25

.

Xaricdə təhsil cəsarət və dayanıqlılıq tələb edir. Bunu gerçəkləşdirmək üçün ən sürətli və ideal üsul xaricdə təhsil proqramlarını araşdırmaq və onlara müraciət etməklə başlamaqdır. Özünüzü dünya ən tanınmış və şöhrətli təşkilatlarında rahatlamaq istər, ya da tanınmış ali təhsil müəssisələrində karyeranızı inkişaf etdirmək hədəfində ola bilərsiniz.

Çox vaxt xaricdə təhsil almaq istəyən gənclər müəyyən problemlərlə qarşılaşırlar. Ümumiyyətlə xoşagəlməz anlarla rastlaşmamaq üçün isə xaricdə oxumağa yollanmazdan əvvəl bütün qaydaları bilmək lazımdır.

Azərbaycanda xarici ölkələrin hökumət və qeyri-hökumət qurumları tərəfindən və müvafiq ali məktəblər tərəfindən ayrılan təqaüdlər çərçivəsində xaricdə təhsil almaq istəyən namizədlərin seçimi Təhsil Nazirliyi və ya xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirlikləri tərəfindən elan olunmuş müsabiqələr əsasında, dəvət olunmuş xarici ekspertlərin iştirakı ilə həyata keçirilir. Bu proqramlar çərçivəsində Yaponiya, Çin, Koreya, Yunanıstan və s. ölkələrdə onlarla Azərbaycan Respublikası vətəndaşı təhsillərini davam etdirir.

Bununla yanaşı Azərbaycanlı tələbələr xarici universitet və ölkələrin elan etdiyi təqaüd proqramlarına elektron (online) sistem üzərindən müraciət edərək təqaüd qazana bilirlər. Burada isə tələbələrin seçimində yerli qurum və səfirliklər deyil, təqaüd proqramı elan etmiş ali təhsil müəssisələri və ya xarici təşkilatlar iştirak edir və seçimin prosesi və nəticələr elektron olaraq aparılır və bildirilir.

Dövlət xətti ilə qəbul imtahanları Təhsil Nazirliyinin sifarişlərinə əsasən Türkiyədən gələn heyətin də iştirakı ilə Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır. Dövlət xətti ilə təhsilə qəbul olunmuş tələbələrin təhsil, yaşayış xərcləri və eləcə də aylıq təqaüdləri Türkiyə tərəfindən ödənilir. Azərbaycan tərəfi bu tələbələrə aylıq təqaüd və onların ildə bir dəfə təyyarə ilə gediş-gəliş xərclərini ödəyir.

Xaricdə təhsil almaq üçün tələbələrin ingilis dilini bilmələri mütləqdir. Bu gün xaricdə təhsil almaq istəyən gənclər ilk növbədə ingilis dili biliyini təsdiq edən sənəd əldə etməlidirlər. Buna isə imtahanlarda ingilis dilindən yüksək nəticə toplamaq yetmir. TOEFL və ya İELTS imtahanlarından yüksək nəticə toplamaq üçün eyni zamanda oxuma, yazma, danışıq və dinləmə bacarıqlarının qısa vaxt ərzində mənimsənilməsi lazımdır. Bəzi iqtisadiyyat və hesablama yönümlü ixtisaslarda isə GRE və GMAT imtahanlarından yüksək nəticələr tələb olunur.

Bakalavr dərəcəsində təhsil almaq istəyənlər bilməlidirlər ki, onların qiymətləri dörddən aşağı olmamalıdır. Eyni zamanda, magistr üzrə təhsil almaq istəyən gənclərimizin də bakalavr qiymətləri dörddən aşağı olmamalıdır və ya ortalama nəticəsi 75%-dən aşağı olmamalıdır. Hal-hazırda xarici ölkələrdən Norveç, İspaniya, Niderland, Polşa, Macarıstan, Lüksemburq, Almaniya kimi ölkələrdə pulsuz təhsil almaq olar. Digər ölkələr isə misal üçün, İngiltərə, Kanada və s. ölkələrdə təhsil ödənişlidir”. Bu ölkələrdə təqaüd proqramı çox az sayda olur və şərtləri kifayət qədər ağır olur.

Xaricdə təhsil almaq qərarını alan gənclər ilk öncə seçdikləri universitetin maddi tələblərinin öz vəziyyətlərinə uyğunluğuna, öz hazırlıqları və dil səviyyələrinin uyğunluğuna diqqət yetirməlidirlər. Çünki elə universitetlər var ki, tələbələrin biliklərinin o təhsil ocaqlarının tələbləri ilə uyğunlaşmaması kimi problem yaşana bilər.

Daha bir vacib olan məqam da tələbələrin təhsil alacaqları ölkədir. Universitet seçərkən elə seçməlisiz ki, o ölkədə yemək və nəqliyyat xərcləri sizi qane etsin. Çünki bunlar ölkədən asılı olaraq dəyişilir. Bundan da əlavə, müxtəlif ölkələrdə təhsil müddəti fərqlidir. Misal üçün, İngiltərədə bakalavr təhsili 3 ildirsə, Amerikada 4 ildir. İngiltərədə magistratura təhsili 1 ildirsə, Amerikada 2 ildir. Bütün bunlara diqqət yetirmək lazımdır. Qeyd etmək lazımdır ki, xaricdə təhsil almaq, yəni bunun çəkilən xərcə dəyib-dəyməməsi və s. – bunlar bir çox şeydən asılıdır. İlk öncə universitetin səviyyəsindən, daha sonra isə təhsil alınan ölkənin nə dərəcədə tanınmış olduğundan və ən sonuncu və yəqin ki, vacibi – tələbənin təhsil zamanı çalışqanlığından asılıdır.

Qafqaz Araşdırmaları Mərkəzi İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin xarici ölkə universitetlərində təhsilə təşviq edilməsi (turizm və menecment ixtisaslarına yönəlik)” layihəsinin də məqsədi gənclərə bu istiqamətdə tövsiyələr vermək və onların xaricdə təhsilə müraciət zamanı uğur qazanmalarına şərait yaratmaqdır.

Fərqanə Əliyeva


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 456

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...