İQTİSADİ
A- A A+

Gürcüstan Ermənistana avtomobil yolu ilə taxıl daşınmasına qadağa qoyub

2018-09-01 08:05:25

Sentyabrın 1-dən Rusiyadan Ermənistana avtomobil yolları ilə yük daşınmasına, xüsusilə də taxıl və taxıl məhsullarının daşınmasına qoyulan məhdudiyyətlər qüvvəyə minir

Gürcüstan Maliyyə Nazirliyinin 2018-ci il 21 avqust tarixli əmrinə əsasən, bu ölkənin gömrük ərazisinə taxıl və taxıl məmulatlarının gətirilməsi və çıxarılması, yəni tranziti yalnız Gürcüstanın dəniz limanları və dəmir yoları vasitəsi ilə həyata keçirilə bilər. Yalnız avtomobillə yük daşınmalarına ciddi zərurət yarandığı halda məhdud miqdarda yol verilə bilər. Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev məsələni belə şərh edib: “Gürcüstanda iqtisadiyyatın şaxələndirilərək inkişaf etdirilməsi üçün çox mühüm qərarlar qəbul olunur, tədbirlər görülür. İnkişaf etdirilməsi nəzərdə tutulan sahələrdən biri də turizmdir. Lakin bəzi məsələlər səbəbindən bu sahədə ciddi problemlər yaranıb. Hökumət həmin problemlərin kompleks həlli ilə bağlı ciddi addımlar atır. Avtomobil yolları ilə tranzit daşınmalarının məhdudlaşdırılması da bu tədbirlərin bir hissəsidir”. Onun sözlərinə görə, son təhlillər hər ay Rusiyadan gələn, təxminən, 3000 yüklə dolu avtomobilin Gürcüstan ərazisindən keçməklə Ermənistana getdiyini göstərir: "Eyni zamanda o qədər də boş avtomobil geri qayıdır. Bu da sərhəd-keçid məntəqəsində çox ciddi gecikmələr yaradır və bundan inciyən, bezən minlərlə turist Gürcüstana gəlməkdən imtina edir. Onların böyük əksəriyyəti sərhəddən geri qayıdır. Bu da, öz növbəsində, Gürcüstanın turizmdən əldə olunan gəlirlərinin əsaslı surətdə azalmasına səbəb olur. Gürcüstan hökuməti beynəlxalq təcrübəyə əsaslanaraq avtomobil yolları ilə daşınmalara qadağa qoyub. Burada qanunazidd heç nə yoxdur". M.Dərziyev deyib ki, Rusiyadan Ermənistana yük daşınmaları bundan sonra dəmir yolu və dəniz limanları vasitəsilə həyata keçirilməlidir: "Ermənistan tərəfi Gürcüstan hökumətinin bu qərarını anlayışla qarşılamalıdır". "Gürcüstan Maliyyə Nazirliyinin bu qərarı hərbi yol kimi tanınan Yuxarı Lars yoluna alternativ başqa yolun açılmasına əsas verə bilməz: "Gürcüstan hökumətinin qərarı Abxaziyadan keçən dəmir yolunun açılmasına səbəb ola bilməz. Abxaziya üzərindən dəmir yolunun açılması barədə söz-söhbətlər əsassızdır”, - deputat vurğulayıb. Qeyd edək ki, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov gürcü həmkarı Giorgi Volskiyə zəng edərək bu qərarın ölkəsində narahatlıq doğurduğunu bildirib. O, bu məsələni Gürcüstan hökumətinin və parlamentinin nümayəndələri ilə müzakirəsini təklif edib. Lakin Gürcüstan tərəfi Ermənistana cavab verməyib.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 767

QHT və MEDİA

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

2020-06-05 16:35:29

QHT və MEDİA
Ermənilərin soydaşlarımıza qarşı törətdi...
Ermənilərin soydaşlarımıza qarşı törətdi...

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sa...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...