CƏMİYYƏT
A- A A+

“Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” yaradıldı

2018-08-29 07:20:28

“Cümhuriyyətin 100 ili” Diaspor Gənclərinin I Yay Düşərgəsi yeni təşkilatın yaranması ilə nəticələnib

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 50 milyonluq dünya azərbaycanlılarını 37 ölkədə təmsil edən 140 gəncin iştirakı ilə qədim Şəki şəhərində təşkil olunan “Cümhuriyyətin 100 ili” Diaspor Gənclərinin I Yay Düşərgəsi uğurlu sonluqla bitib. Azərbaycan diasporunun birləşdirilməsi yolunda mühüm addım kimi qiymətləndirilən Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçıları “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin yaradılmasına qərar verib və bu barədə bəyannamə ilə çıxış ediblər. Bəyannamədə gənclər bildiriblər ki, dünya gəncləri ilə birlikdə sülh, qardaşlıq və dostluğun təbliği, ətraf mühitin mühafizəsi, elmin və təhsilin inkişafı istiqamətində əməkdaşlıq edəcək, qlobal problemlərə qarşı birlikdə mübarizə aparacaq, dünya azərbaycanlılarının daha sıx birliyinə çalışacaq, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi və siyasi-hüquqi islahatlara dəstək verəcəyik. “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin üzvləri gələcək fəaliyyətləri ilə bağlı qətnamə imzalayıblar. Qətnamədə gənclərin birliyi və qarşılıqlı əlaqələrini təmin edəcək bir təşkilatın yaradılması alqışlanır. Bildirilir ki, “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi” yarandığı gündən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun şəkildə çatdırılması, Azərbaycanın tarixi-mədəni irsi və adət-ənənələrinin intensiv təbliği, azərbaycanlı gənclərin və tələbələrin sıx əməkdaşlıq şəraitində, koordinasiyalı şəkildə fəaliyyətinin təmin edilməsi, o cümlədən, yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyanın gücləndirilməsi kimi missiyaları öz üzərinə götürür. Qətnamədə qeyd edilir: "Düşərgə ərzində vətənpərvərlik, təhsil, mədəniyyət, idman və digər mövzularda həyata keçirilən tədbirlər zamanı irəli sürülmüş ideya, təklif və təşəbbüsləri ümumiləşdirərək qərara alırıq ki, qısa zaman ərzində təşkilatın hüquqi məsələləri həll ediləcək və bu barədə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə məlumat veriləcək". Beləliklə, I Yay Düşərgəsi müxtəlif istiqamətlərdə maraqlı çıxışlarla yaddaşlara həkk olunmaqla yanaşı, azərbaycanlıların təşkilatlanması, daha sıx birləşməsi, dünyada Azərbaycan diaspor hərəkatının gücləndirilməsi, xaricdə yaşayan gənclərin tarixi vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi, diaspor hərəkatının gəncləşdirilməsi və s. istiqamətlərdə uğurlu nəticələrlə də xarakterizə olunur. Bu baxımdan “Dünya Azərbaycanlıları Gənclər Şəbəkəsi”nin yaradılması alqışlanır və qeyd edilən uğurların bir tərkib hissəsi olaraq dəstəklənir.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 744

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...