QHT və MEDİA
A- A A+

“Euronews” telekanalında Azərbaycan haqqında süjet yayımlanıb

2018-08-28 10:55:18

“Euronews” telekanalında Azərbaycanın ən məşhur və doyumlu yeməyi piti haqqında süjet yayımlanıb

Süjetdə pitinin Şəki bölgəsinin ən qədim yeməklərindən biri olduğu bildirilir. Qeyd olunur ki, uzun müddət toxluq hissi yaradan pitini vaxtilə bu yerlərdə yaşayan kəndlilər hazırlayıb. İndi bu yemək hamı tərəfindən sevilir.

AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, süjetdə bu yağlı xörəyin əsasının qoyun əti olduğu bildirilir. Diqqətə çatdırılır ki, piti Azərbaycanın hər bölgəsində özünəməxsus hazırlanır. Əsasən ətə noxud, şabalıd, kartof, ədviyyat, qoyun yağı (quyruq) əlavə edilərək saxsı qabda bir neçə saat vam odda bişirilir. Telekanalın müxbiri deyir: “Piti – vaxtilə Böyük İpək Yolunun keçdiyi qədim Şəki şəhərinin əsl vizit kartıdır. O vaxt da, hazırda da qoyun ətindən hazırlanmış bu yağlı, sulu yemək ağzının dadını bilənləri cəlb edir. Budur, piti masanın üzərindədir. Hələ yeməyə başlanılmayıb. Pitisevərlər əvvəlcə ayrıca qaba xörəyin bulyonunu süzür, lavaş, ədviyyat əlavə edərək yeyir, daha sonra ətini yeyirlər”.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 199

QHT və MEDİA

2018-12-19 10:05:08

QHT və MEDİA
Berlin Humboldt Universitetində Azərbayc...
Berlin Humboldt Universitetində Azərbayc...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, universitetin əsas binasınd...

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

CƏMİYYƏT

2018-12-19 10:30:50

CƏMİYYƏT
Cənubi Qafqaz iki geosiyasi tendensiya a...
Cənubi Qafqaz iki geosiyasi tendensiya a...

Ekspertlərin bununla bağlı apardıqları analiz və verdikləri proqnozlar mara...

2018-12-18 10:35:09

CƏMİYYƏT
Dil normalarının pozulmasına görə cəzala...
Dil normalarının pozulmasına görə cəzala...

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Az...

İQTİSADİ

2018-12-18 09:45:15

İQTİSADİ
UNEC-dən iqtisad elminin tədrisinə daha ...
UNEC-dən iqtisad elminin tədrisinə daha ...

Dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.K...

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...