MÜSAHİBƏ
A- A A+

“Almaniyanın sadəcə olaraq Minsk qrupunun üzvü olması azdır”

2018-08-28 09:45:30

.

“Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza səfəri hər üç ölkədə tarixi səfər kimi qiymətləndirilib. Çünki söhbət Avropa İttifaqının lokomotiv dövlətindən gedir”.

Bu sözləri millət vəkili Elman Nəsirov deyib. Millət vəkili bildirib ki, Almaniya Avropanın ən güclü dövlətidir və bu səfər ikitərəfli münasibətlərdə yeni səhifə açacaq: “Azərbaycan alternativ enerji mənbəyi kimi çıxış edir və Cənub Qaz Dəhlizi bu prosesdə mühüm hadisədir. Almaniya isə bunun genişlənməsində maraqlıdır”.

Millət vəkili A. Merkelin Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirləri müsbət qiymətləndirib: “ATƏT-in Minsk qrupunda həmsədrlik institutu yaradılarkən Azərbaycan israrla Almaniyanın həmsədr ölkə olmasını istəyirdi. Ermənistan isə buna etiraz etdi və veto hüququndan istifadə etdi. Şübhəsiz ki, Almaniyada bunu unutmayıblar. Təbii ki, Almaniya qonşuluğunda müharibə olmasını istəməz və münaqişənin tənzimlənməsində maraqlıdır. Avropa İttifaqından Fransa bu prosesdə iştirak edir. Avropa İttifaqının əsas güc mənbəyi olan Almaniya kimi bir dövlətin sadəcə olaraq, Minsk qrupunun üzvü olması məncə, azdır. Bu, onun prosesə dəstək verməsini, real kömək etməyini, fəal iştirakını məhdudlaşdırır”.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 311

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-26 22:05:41

CƏMİYYƏT
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...
Siyasətə əxlaqi dəyərlər gətirən və tari...

Xalq Cümhuriyyətində təmsil olunan insanların bu qədər millətsevər olması ...

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...