MƏDƏNİ
A- A A+

“Sınan arzular” sənədli filminin təqdimat mərasimi keçirilib

2018-08-27 16:10:58

BMM-də “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin hazırladığı “Sınan arzular” sənədli filminin təqdimat mərasimi keçirilib

Film Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “MÜHARİBƏDƏN ZƏRƏR ÇƏKMİŞ UŞAQLAR haqqında filmin çəkilməsi” layihəsi çərçivəsində hazırlanıb.

Tədbiri giriş sözü ilə açan “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri Mətanət Əsgərqızı layihə haqqında məlumat verib. Təşkilat rəhbəri qeyd edib ki, "Sınan arzular... " filminin çəkilişləri Bakı, Mingəçevir şəhərləri, Qazax, Goranboy, Tərtər, Ağdam və Füzuli rayonlarında aparılıb.

Filmdə 1988-2017-ci illərdə erməni təcavüzü nəticəsində qətlə yetirilən, girovluq həyatı yaşayan, şikəst olan, valideynləri şəhid olan, müxtəlif xəstəliklərə düçar olan, orqanları alınaraq öldürülən, çadırlarda dünyaya gələn uşaqlardan bəhs edilir.

Mətanət Əsgərqızı bildirib ki, Filmin çəkilişi vasitəsi ilə ictimaiyyəti, xüsusi ilə xarici auditoriyanı Ermənistanın Azərbaycana qarşı apardığı müharibədə günahsız uşaqların məhv edilməsinə, valideynlərini itirməklə uşaqlıqlarının əllərindən alınmasına diqqəti çəkməkdir.

Layihənin rəhbəri və ssenari müəllifi İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, quruluşçu rejissor Elnur Əliyevdir.

Daha sonra layihə çərçivəsində hazırlanan “Sınan arzular” sənədli filmi qonaqlara təqdim olunub. Tədbirdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının nümayəndəsi, QHT və media nümayəndələri çıxış ediblər. Onlar ictimai birliyin hazırladığı sənədli filmi yüksək qiymətləndirərərk , bu kimi layihələrin vacibliyini qeyd ediblər.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 821

QHT və MEDİA

2020-03-28 08:05:34

QHT və MEDİA
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...
Əzizağa Qəni-zadə: Azərbaycanla münasibə...

Son günlərdə Ermənistan ordusunun bölmələri atəşkəs rejimini kobud surətdə po...

2020-03-27 08:00:41

QHT və MEDİA
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...
Tofiq Abbasov: Azərbaycan Prezidentinin ...

İslahatlar bütün cəmiyyətlərdə tələb olunan dəyərdir. Bir çox hallarda cəmiyy...

CƏMİYYƏT

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

2020-03-19 10:20:52

CƏMİYYƏT
Azərbaycan musiqi tarixinin korifeyi
Azərbaycan musiqi tarixinin korifeyi

Ömrünü xalq musiqisinin təbliğinə həsr edənləri xalq heç vaxt yaddan çıxarmır...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...