SİYASƏT
A- A A+

Rəsmi Bakı: Azərbaycan Qərbdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konkret mövqe gözləyir

2015-07-25 11:25:42

“Bu gün Azərbaycan Prezidenti İlham Əliyev öz qarşısında əsas vəzifəsini Azərbaycanın müstəqil bir dövlət kimi sabit, təhlükəsiz inkişafda görür və bütün səylərini də bu istiqamətə yönəldib.

Bununla da bağlı hansı addım lazım olursa-olsun, onu atmağa qadirdir və bunu da atır”.

Bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

N.Məmmədov deyib ki, Azərbaycan Qərbdən, Avropa ölkələrindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir dəfə də olsa, konkret bir hüquq çərçivəsində mövqe gözləyir: "Amma çox təəssüf olsun ki, onlar bunu etmir və edə bilmirlər".(trend)

Bunu çox mühüm məsələ hesab edən PA rəsmisi əlavə edib ki, Azərbaycan bir neçə il əvvəl Avropa İttifaqının Vilnüs sammitində assosiasiya sazişinə qoşulmadı: “Bizə çox iradlar edildi ki, niyə Azərbaycan bunu etmədi, görəsən, hansı yola dönür, nə edir, niyə edir? Amma tənqid edənlərdən biri də demədi ki, axı bu assosiasiya sazişində Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü məsələsini qeyd etmir. Yəni onu tanıdığını orada göstərmir. Necə olur ki, Moldova, Ukrayna, Gürcüstan göstərilir, Azərbaycan isə göstərilmir. Bunu anlaya bilən kim olur-olsun, başa düşməlidir ki, Azərbaycanın atdığı bu addım düz addımdır”.

N.Məmmədov qeyd edib ki, hökumətin son müşavirəsində İlham Əliyev Avropa İttifaqı ilə əməkdaşlıqla bağlı konkret mövqe nümayiş etdirdi: "Bu, əslində indiyə qədər gedən proseslərin zirvəsi idi. Bundan sonra orada düşündülər ki, bu ölkə o biri ölkələr kimi deyil. Bu ölkəyə digər ölkələr kimi istədiyimiz münasibəti nümayiş etdirə bilmərik. Çünki Azərbaycanın mövqeyi ədalətli, düzgün mövqedir. Bunun nəzərə alındığını göstərən faktorlardan biri Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri idi. Bu səfər zamanı çox geniş danışıqlar aparıldı”.

Onun sözlərinə görə, Avropa İttifaqı Şurasının prezidenti Azərbaycanın AŞ üçün həqiqətən də etibarlı və strateji tərəfdaş olduğunu açıq-aydın qeyd etdi: "Eyni zamanda, Avropa İttifaqı Şurasının prezidenti tərəfindən bu əməkdaşlığın çox vacib bir əməkdaşlıq olduğu qeyd edildi".

PA rəsmisi bildirib ki, daha mühüm məqamlardan biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqisəsi ətrafında çox geniş fikir mübadiləsinin aparılmasıdır: “Bununla əlaqədar status-kvonun qəbuledilməz olduğu vurğulandı. Avropa İttifaqı Şurasının prezidenti açıq-aydın qeyd etdi ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Belə bir ifadənin, hüquqi qiymətin alınması üçün biz uzun bir yol keçmişik. Təəssüflər olsun, bu bizim günahımızdan, nöqsanımızdan deyil. Azərbaycana qarşı belə bir münasibət var, olub, yəqin ki, bununla da bitməyəcək, davam edəcək”.

N.Məmmədov deyib ki, bütün bunları nəzərə alaraq, ölkəmizin gələcək inkişafını, sabitliyini, təhlükəsizliyini təmin etmək üçün addımlar atılır: "Amma bu, elə də asan yol deyil. Müstəqilliyimizi əbədi qorumalıyıq. Bunu edə bilməsək, demək, müstəqilliyimizi qazandığımız zaman əldə etdiyimiz nailiyyət də heç olur. Bu nöqteyi-nəzərdən müstəqilliyi qorumaq o qədər də asan deyil”.

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1163

QHT və MEDİA

2019-01-15 11:05:39

QHT və MEDİA
Vüsal Qasımlı: "Struktur islahatları ida...
Vüsal Qasımlı: "Struktur islahatları ida...

Bunu Trend-ə Prezident İlham Əliyev tərəfindən aparılan struktur islahatların...

2019-01-12 18:15:19

QHT və MEDİA
Azay Quliyev beynəlxalq təşkilatlara və ...
Azay Quliyev beynəlxalq təşkilatlara və ...

Fact-info.az xəbər verir ki, bunu ATƏT PA-nın vitse-prezidenti, millət vəkili...

CƏMİYYƏT

2019-01-16 09:30:10

CƏMİYYƏT
İsveçrə mediası 20 Yanvar hadisələrindən...
İsveçrə mediası 20 Yanvar hadisələrindən...

“Milli azadlıqla xalq matəmi arasında” sərlövhəli məqalədə 20 Yanvar faciəsin...

2019-01-14 08:30:18

CƏMİYYƏT
Akademik: 2019-cu ilin "Nəsimi ili" elan...
Akademik: 2019-cu ilin "Nəsimi ili" elan...

Bunu Trend-ə Milli Məclisin deputatı, AMEA akademik Ziya Bünyadov adına Şərqş...

İQTİSADİ

2019-01-14 20:25:40

İQTİSADİ
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...
Müdafiə Sənayesi Nazirliyinin əsasında “...

Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə...

2019-01-13 13:40:27

İQTİSADİ
Neft tariximizə böyük ehtiram hissilə...
Neft tariximizə böyük ehtiram hissilə...

Azərbaycanda neftin sənaye üsulu ilə hasilatı XIX əsrin ortalarından başlanmı...