QHT və MEDİA
A- A A+

“Jewish Journal” nəşri dinlərarası harmoniyanın və multikulturalizmin Azərbaycan modeli barədə yazır

2018-08-26 17:00:14

Amerikada çıxan “Jewish Journal” nəşrində Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin “Kaliforniyaya tarixi səfər zamanı dinlərarası harmoniyanın və multikulturalizmin Azərbaycan modeli nümayiş etdirildi” sərlövhəli məqaləsi dərc olunub

Müəllif yazır ki, 2018-ci ilin may ayında Azərbaycan dini liderlərinin Los-Ancelesə və San-Fransiskoya səfər etmiş nümayəndə heyətinin üzvləri arasında o da olub. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının başçılıq etdiyi nümayəndə heyətinə Azərbaycanın müsəlman, Avropa yəhudiləri, xristian pravoslavlar və alban-udin xristian icmalarının rəhbərləri daxil idi. Səfərin məqsədi Azərbaycanda multikulturalizmin, dinlərarası harmoniyanın və tolerantlığın unikal modelinin təcrübəsini bölüşmək, dinlər arasında möhkəm sülhün və qarşılıqlı anlaşmanın mümkünlüyü məsələsini müzakirə etmək idi.

M.Yevdayev yazır ki, bu səfər Amerika Yəhudi Komitəsinin Los-Anceles və San-Fransisko regional bölmələri tərəfindən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevlə sıx əməkdaşlıq şəraitində təşkil edilib. Artıq iyirmi ildir ki, Azərbaycan ilə Amerika Yəhudi Komitəsi arasında yaxşı münasibət yaranıb. Baş direktor Devid Harris başda olmaqla Komitənin nümayəndə heyəti son 11 ildə hər il Azərbaycana səfər edir və Azərbaycan bu Komitənin rəsmi səfərlərinin illik təqvimində yer alan az sayda ölkələrdən biridir. Azərbaycan nümayəndə heyətinin üzvləri Kaliforniyada olarkən bir sıra dini liderləri və Kaliforniyanın qanunvericiləri, habelə yerli yəhudi icmasının rəhbərləri ilə görüşüblər. Bu görüşlərdə Azərbaycanda ta qədimdən mövcud olan tolerantlıq və multikulturalizm ənənələri müzakirə edilib. Azərbaycanda müxtəlif etnik və dini qrupları təmsil edən insanların, o cümlədən müsəlmanlar, pravoslav xristianlar, katoliklər, protestantlar, yəhudilər və digər konfessiyaların nümayəndələri əsrlərboyu qardaşcasına dostluq və qarşılıqlı hörmət şəraitində yaşayırlar.

Məqalədə deyilir ki, bu gün Azərbaycanda 31 qeyri-müsəlman dini icması rəsmi qeydiyyata alınıb. Bundan əlavə, Azərbaycanda yeddi sinaqoq fəaliyyət göstərir, bir muzey-sinaqoq tikilməkdədir, iki yəhudi ibtidai məktəbi, üç yəhudi uşaq bağçası və 14 kilsə var. Azərbaycan bəlkə də kiçik ölkə sayıla bilər, lakin bu ölkənin rəhbərliyi dinlər arasında harmoniya, qarşılıqlı anlaşma və sülhün qorunub saxlanması və möhkəmlənməsi üçün böyük səy göstərir, bu da öz növbəsində bütün dünyada sülhə töhfə deməkdir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 166

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...