CƏMİYYƏT
A- A A+

"Mehriban xanım Əliyeva-XXI əsrin xoş məramlar elçisi"

2018-08-25 09:25:00

.

Azərbaycanın tarixində mərd, cəsur, qeyrətli diplomat qadınlar çox olub. Amma indiyədək Azərbaycanı beynəlxalq aləmdə Mehriban xanım Əliyeva kimi təbliğ edən, tanıtdıran ikinci qadın olmayıb. Siyasəti mərhəmət, şəfqət amilləri ilə zənginləşdirən, XXI əsrin xoş məramlar elçisinə çevrilən, bütün dünyada bu məramın carçısı kimi tanınan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bu işin öhdəsindən böyük məharətlə gəlib.

Onun fəaliyyətinin kökündə mənsub olduğu xalqa sevgi dayanır. O, bütün qərarları ilə millidir: Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, səhiyyəsinin, idmanının inkişafına çalışır, sabahının qayğısına qalır. Həm ölkədə, həm də dünya miqyasında mədəniyyət, təhsil, xeyriyyəçilik, idman və digər sahələrdə çoxşaxəli fəaliyyət göstərən Mehriban xanım Əliyevanın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər daim yüksək qiymətləndirilir.

O, təbiətin, cəmiyyətin və öz mənəvi tələbatlarının əvvəlcədən müəyyənləşdirdiyi bütün sahələrdə özünü reallaşdıra bilən həmahəng, məqsədyönlü və güclü qadınlar üçün etalon oldu. Onun bütün fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq, həqiqətən də, müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib. O, insanları sevməklə özünü xalqa sevdirib. Sadəliyi və xeyirxahlığı ilə sevgi qazanıb və bu sevgi dünyanın da diqqətini cəlb edib. Dünya Mehriban xanımın insan sevgisi ilə dolu ürəyinə heyran qalıb, onun təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən qlobal layihələri alqışlayır.

Bu gün dünya ictimaiyyəti və ölkələri Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının kimliyinə, onun xarici gözəlliyinə və daxili zənginliyinə bələd olurlar. Mehriban Əliyevanın Vətənə, xalqa xoşməramlı xidmət amalının dəyişməz qalması təsadüfi deyil. Bu, eyni zamanda, həyat prinsipləri ləyaqət, mərhəmət, intellekt və mehribanlıq olan Azərbaycanın birinci xanımının əxlaqi ideallara sadiqliyindən, son dərəcə təbii olmasından, onun daxili dünyasının mənəviyyat bulağına bənzəməsindən qaynaqlanır.

Onun rəhbərliyi ilə reallaşdırılan layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun genişləndirilməsi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına istiqamətlənib.

Mehriban xanım Əliyeva zəngin mənəvi və intellektual potensiala malik çox maraqlı insandır. Onun təşəbbüsü ilə reallaşan istər yerli, istərsə də beynəlxalq səviyyəli layihələr həqiqətən də yeni üslub, etalon xarakteri daşıyır. O, bütün başlanğıclarda müsbət nəticə qazanmaq üçün qibtəedici qabiliyyətə malik mahir praqmatikdir. O, həqiqətən də, tükənməz enerjiyə malik¬dir. Bu gün ölkədəki quruculuq proseslərində, ictimai həyatda yaxından iştirak edən, millətin və dövlətin taleyinə biganə qalmayan Mehriban xanım Əliyeva Azərbaycan qadınının fədakar obrazını bütün dünyaya nümayiş etdirir.

Hikmət Şikarov Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 972

QHT və MEDİA

2019-02-21 09:30:11

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Bunu Trend-ə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəs...

2019-02-20 10:50:56

QHT və MEDİA
Xarici media Azərbaycan həqiqətlərindən ...
Xarici media Azərbaycan həqiqətlərindən ...

Mavritaniyanın “Vətən xəbərləri”, “Əl-Hassad” və “Aqlam” qəzetlərində “Mavrit...

CƏMİYYƏT

2019-02-20 09:45:03

CƏMİYYƏT
Yaddaşımdakı Ağa Laçınlı
Yaddaşımdakı Ağa Laçınlı

Ağa Laçınlı ağayana kişi idi. Kitabxanamın "Xəzinə" bildiyim guşəsində əziz v...

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

İQTİSADİ

2019-02-21 10:00:56

İQTİSADİ
"Maraqların balansı Cənub Qaz Dəhlizi la...
"Maraqların balansı Cənub Qaz Dəhlizi la...

Maraqların balansı Cənub Qaz Dəhlizi layihəsinin uğurunu şərtləndirir. Trend-...

2019-02-20 09:30:35

İQTİSADİ
"Xəzərin statusu barədə Konvensiya Xəzər...
"Xəzərin statusu barədə Konvensiya Xəzər...

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti Aparatının rəhbəri Xələf Xəl...