QHT və MEDİA
A- A A+

Cümhuriyyətin 100 illiyi Kaliforniyada qeyd edildi

2018-08-24 18:25:50

ABŞ-ın Kaliforniya ştatının paytaxtı Sakramento şəhərinin tarixi müqəddəs Con Lüteran kilsəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub

Los-Ancelesdəki baş konsulluğumuzdan verilən məlumata görə, konsertdə azərbaycanlı vokalist Mərziyyə Hüseynova və pianoçu Aida Elxanzadənin ifalarında Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqi əsərləri səsləndirilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun dəstəyi və Sakramentoda yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən konsertdə Kaliforniya paytaxtının siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Konsertdən öncə çıxış edən Sakramentodakı Azərbaycan icmasının fəalı Şəbnəm Qafarova bu cür önəmli mədəniyyət tədbirinin Kaliforniyanın paytaxtında keçirilməsindən məmnun olduğunu bildirib. O, ölkəmiz haqqında tədbir iştirakçılarına məlumat verərək, Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və musiqiyə sahib olduğunu diqqətə çatdırıb. Sonra çıxış edən ölkəmizin Los-Ancelesdəki baş konsulluğunun konsulu Orxan Rüstəmli Azərbaycanın müstəqillik tarixi haqqında ətraflı məlumat verib. Deyib ki, 100 il əvvəl müsəlman Şərqində ilk müstəqil respublika məhz Azərbaycanda yaranıb. Diplomat bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi kimi tarixə düşdüyünü qeyd edib. O.Rüstəmli, həmçinin ölkəmizin zəngin mədəniyyəti və incəsənəti, xüsusilə Azərbaycan klassik musiqisi barədə danışaraq, Azərbaycanın müsəlman dünyasında ilk opera, operetta və baletin vətəni olduğunu diqqətə çatdırıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 416

QHT və MEDİA

2019-08-24 08:00:14

QHT və MEDİA
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...
Əliməmməd Nuriyev: “Ermənilərin avantüri...

Ermənistan KİV-in məlumatına görə, Ermənistan hökuməti qondarma Dağlıq Qaraba...

2019-08-24 07:40:00

QHT və MEDİA
Dinlərarası və Sivilizasiyalarası Əməkda...
Dinlərarası və Sivilizasiyalarası Əməkda...

Mərkəzdən APA-ya daxil olan bəyanatda bildirilir ki, bu il Birləşmiş Millətlə...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-25 09:35:02

İQTİSADİ
Qeyri-neft sektorunun inkişafına dəstək ...
Qeyri-neft sektorunun inkişafına dəstək ...

-Azərbaycanda qeyri neft sektorunun inkişafının sürətləndiyi dövrdə melorasi...

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...