SİYASƏT
A- A A+

"Parlamentin üzvü olmaq digər ölkələrin qanunlarını pozmağa əsas vermir"

2018-08-24 12:55:36

.

Parlamentin üzvü olmaq digər ölkələrin qanunlarını pozmağa əsas vermir. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniya deputatının Azərbaycan tərəfdən işğal edilmiş ərazilərimizə səfər niyyəti məsələsinə münasibət bildirərkən deyib.

H.Hacıyev bildirib ki, almaniyalı deputat Azərbaycanın işğal olunmuş ərazilərinə qoşunların təmas xəttinin Azərbaycan hissəsindən də səfər etmək niyyətindədirsə, üzrxahlıq məktubu ilə müraciət etməli, Azərbaycanın qanunlarına, ərazi bütövlüyü və suverenliyinə hörmətini ifadə etməlidir: "Qanunverici orqanının nümayəndəsi kimi o, BMT üzv dövlətlərinin qanunlarına hörmət etməlidir. Parlamentin üzvü olmaq digər ölkələrin qanunlarını pozmaq üçün heç kimə əsas vermir. Hər kəs bilməlidir ki, bu kimi qanunsuz səfərlər Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin təşviqinə xidmət edir və münaqişənin beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllinə maneə olur". XİN rəsmisi qeyd edib ki, sözügedən millət vəkili tərəfindən bütün BMT üzv dövlətlərində identik olan qanunların pozulması və sonra da buna bəraət qazandırılması cəhdi böyük səhvdir:

"Bu kimi provokativ addımların qəsdən atılaraq uğursuz şəkildə Azərbaycan və Almaniya arasında əlaqələrin inkişafına xələl gətirmək niyyəti güdməsi də istisna edilməməlidir. Şübhə doğuran məqam ondan ibarətdir ki, Azərbaycanın Almaniyadakı səfirliyi dəfələrlə yazılı formada Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər və onun doğurduğu mənfi fəsadlar barədə xəbərdarlıq edib. Hər bir halda Azərbaycanın qanunlarını pozduğu üçün bu şəxsin adı "arzuolunmaz şəxslər" siyasına daxil edilib".


Kateqoriya : SİYASƏT Baxış sayı : 333

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-25 06:40:50

CƏMİYYƏT
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...
Oleq Kuznetsov Tarix İnstitutunun fəxri ...

nstitutdan verilən məlumata görə, O.Kuznetsov bu fəxri ada Azərbaycan və Rusi...

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...