SOSİAL
A- A A+

"Ermənistanda daxili siyasət gərginləşir"

2018-08-22 13:30:06

.

Ermənistanın daxili siyasət iflic vəziyyətdədir. Baş nazir Nikol Paşinyanın 17 avqust mitinqi zamanı bəyanatlarından sonra ölkə daxilində ona qarşı siyasi qruplaşmalar yaranmağa başlayıb.

Bunu Trend-ə açıqlamasında analitik-icmalçı Ehtiram Aşırlı deyib. E.Aşırlı qeyd edib ki, xüsusilə, Ermənistanın Respublikaçılar Partiyasının nümayəndələri baş naziri sərt tənqid etməyə başlayıblar: "Son olaraq da parlamentin spikeri Ara Babloyan Nikol Paşinyanın 17 avqustda mitinqdə konstitusiya dəyişiklikləri layihəsinin təqdim edilməsi və referendumla bağlı bəyanatlarının onda narahatlıq yaratdığını bildirib. Həmçinin vəziyyəti müzakirə etmək üçün baş nazir, prezident, Ali Məhkəmə Şurasının rəhbəri, insan hüquqları müdafiəçiləri və beynəlxalq diplomatlarla bir sıra görüşlər başlatdığını ifadə edib. Qeyd edək ki, Paşinyan quldur dəstənin parlamentdən də tam uzaqlaşdırılmasından sonra ölkədə stabillik əldə oluna biləcəyini bildirib. Paşinyan üçün quldur dəstənin Respublikaçılar Partiyasının parlamentdə təmsil olunan nümayəndələr olduğunu vurğulamaq yerinə düşər. Lakin N.Paşinyan bir şeyi unudur ki, konstitusiyada dəyişikliklər etmək üçün Ermənistan Respublikaçılar Partiyasına müraciət etməyə məcburdur. Nəzərə alsaq ki, Ermənistan konstitusiyasının 92-ci və 151-ci maddələrinə əsasən müvafiq referendumun keçirilməsi ilə bağlı qərar parlament tərəfindən qəbul edilə bilər. Amma bunun üçün zəruri səsin ən azı 2/3-si, yəni 70 millət vəkilinin səsi lazımdır. Hazırda 105 deputatın 50-si hələ də Respublikaçılar Partiyasının üzvüdür, 8 millət vəkilinin isə bu partiyadan ayrılmasına baxmayaraq, onları Paşinyan komandasının üzvü kimi müəyyən etmək çətindir". Analitikin sözlərinə görə, beləliklə, N.Paşinyan daxili siyasətdə bundan sonra kifayət qədər problemlərlə qarşılaşacaq: "Digər tərəfdən, onun tapşırığına əsasən 1 mart hadisələri ilə əlaqədar istintaq işləri davam etdirilir. Son tədqiqatlar nəticəsində sabiq baş nazir Ovik Abrahamyanın sürücüsü Ambik Gevorqyanın qardaşı ictimai təhlükəli hərəkətləri törətməkdə ittiham olunub. Hətta Milli Təhlükəsizlik Xidmətinin İctimai Sosial İşlər üzrə Daimi Komitəsinin və Respublikaçılar Partiyası fraksiyasının sədri Hakob Hakobyan Milli Təhlükəsizlik Xidmətinin yaxın vaxtlarda açıqlamasından sonra oğlu Paruyr Hakobyanın adına olan əmlakların onun adından çıxarılmasına qərar verib. Bu hadisələrin fonunda digər məqamlar da üzə çıxmağa başlayıb. Belə ki, erməni KİV-də yazılan məlumatlara əsasən, təxminən 10 gün əvvəl Ermənistan Mərkəzi Bankına Maliyyə Nazirliyinin idarə rəisi Hrant Suvaryan imzası ilə əlamətdar bir yazı göndərilib. Təklif ediblər ki, iki gün ərzində Mikael Harutyunyan, Robert Koçaryan və Yuri Xaçaturovun "hər cür əməliyyatları" haqqında hüquq-mühafizə orqanlarına məlumat verən şəxslərə "Ermənistan ərazisində fəaliyyət göstərən lombardlardan qızıl və digər qiymətli hədiyyələr verilsin". Təbii ki, belə bir yazı özəl banklara və digər təşkilatlara da göndərilib".


Kateqoriya : SOSİAL Baxış sayı : 745

QHT və MEDİA

2020-06-06 16:55:00

QHT və MEDİA
Anar Məmmədov: İkili standartlar olan ...
Anar Məmmədov: İkili standartlar olan ...

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf ist...

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...