QHT və MEDİA
A- A A+

“Qobustan”ın yeni nömrəsi

2015-07-24 09:35:38

“Qobustan” sənət toplusunun növbəti, ikinci nömrəsi çapdan çıxıb

Bu buraxılışın ilk səhifələrində dramaturqların və sənətşünasların iştirakı ilə “Qobustan” jurnalının redaksiyasında keçirilmiş “Yeni dram niyə gecikir...” adlı “dəyirmi masa”nın müzakirəsi - rejissor, aktyor Ağalar İdrisoğlu ilə Hacı Tofiq Seyidzadənin geniş söhbəti verilir.

Topluda Yusif Nəğməkarla Firudin Qurbansoyun maraqlı dialoq-müsahibəsi dərc olunub.

Nəşrin “Yurd yeri” bölməsində Bestujev Marlinskinin “Dərbənd civarından məktub...” sərlövhəli Qafqaz qeydləri, Dərbənd Azərbaycan teatrı ilə tanışlıq, Dərbənd aşıq mühiti haqqında qısa məlumat, xalq artisti, bəstəkar Hacı Xanməmmədova həsr olunmuş “Tara vurğun dərbəndli” adlı yazı və Dərbənd şairlərinin şeirlərindən seçmələr yer alıb.

Topluda, həmçinin sənətşünaslıq doktoru, professor Zemfira Səfərovanın “Muğamşünaslığımız. Risalələrin tədqiqi və bir para qeyri problemlər barədə...” mövzusunda yazısı, Vaqif Yusiflinin xanəndə Elnarə Abdullayevaya həsr olunmuş “Bir səsin sehri” essesi, Gülşən Kəngərlinin rəssam Bəhruz Kəngərliyə həsr edilmiş “Səcərənin rəssam oğlu” məqaləsi verilib.

Bu nömrədə əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevin təqdimatında 6-cı sinif şagirdi Elnurun əl işləri, Almaz Yurdsevərin “Borçalı xalçaları” adlı yazısı dərc olunub.

Sənət toplusunda Bilal Alarlının qədim “Kürdülər və Qıynalar”, Esmira Nəzərlinin görkəmli opera müğənnisi Ağababa Bünyadzadəyə həsr etdiyi “O, birincilərdən idi...” yubiley yazısı da yer alıb.  

Xarici ədəbiyyatsevərlər üçün topluda Çin yazıçısı, Nobel mükafatçısı Mo Yanın “Çaxırıstan” romanından bir parça və s. dərc olunub.(Azərtac)

 
 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1244

QHT və MEDİA

2019-01-22 09:05:43

QHT və MEDİA
Ermənilərlə barış planı necə ola bilər?...
Ermənilərlə barış planı necə ola bilər?...

Hətta bəzi beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana və Ermənistana ...

2019-01-21 16:05:30

QHT və MEDİA
20 Yanvar hadisələri Braziliya mətbuatın...
20 Yanvar hadisələri Braziliya mətbuatın...

Qanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı Braziliyada fəaliyyət ...

CƏMİYYƏT

2019-01-22 20:20:14

CƏMİYYƏT
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mə...
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mə...

Əfsanəvi qəhrəmanın abidəsi önünə əklillərin qoyulması ilə başlanan mərasimdə...

2019-01-21 09:05:07

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...
Azərbaycanın ABŞ-dakı səfiri “The Washin...

Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “The Washington Time...

İQTİSADİ

2019-01-22 18:40:25

İQTİSADİ
"Azərbaycan inkişaf strategiyasını beynə...
"Azərbaycan inkişaf strategiyasını beynə...

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prez...

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...