QHT və MEDİA
A- A A+

Polşanın “Ambasador” jurnalı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyindən yazıb

2018-08-20 07:45:01

.

Polşada nəşr edilən “Ambasador” jurnalının 35-ci sayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən tədbir barədə Azərbaycan və polyak dillərində “100 il əvvəl Azərbaycanda” sərlövhəli məqalə dərc edilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib. Məqalədə ölkəmizin Polşadakı səfirliyi tərəfindən keçirilən tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş çoxsaylı tədbirlərdən biri olduğu qeyd edilib.

Yazıda, həmçinin polşalı yazıçı Stefan Jeromskinin “Erkən bahar” əsərinə istinad edilərək, ölkələrimiz arasındakı bağların təkcə bu ədəbi əsərlə məhdudlaşmadığı, iki ölkə arasındakı əlaqələrə dair səfirlik tərəfindən müxtəlif mövzulu onlarla kitabın nəşr edildiyi bildirilib. Məqalədə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun çıxışına da geniş yer verilib. Qeyd edilib ki, səfir çıxışında müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, mövcud olduğu qısa müddətdə keçdiyi inkişaf yolundan, həmin dövr ərzində əldə edilmiş nailiyyətlərdən ətraflı bəhs edərək deyib: “Qısa müddət ərzində Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi”.

1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini bərpa etdiyini bildirən səfir diqqətə çatdırıb ki, bu gün Azərbaycan beynəlxalq aləmdə uğurlu xarici və daxili siyasət yeridən, bütün sahələrdə inkişaf etmiş demokratik dövlət kimi tanınır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunan diplomat torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının hələ də qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb. Səfir Azərbaycan-Polşa əlaqələrindən danışaraq qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin çoxəsrlik tarixi var. “Bir çox polyak 100 il bundan əvvəl yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi uğrunda vuruşub, hətta həlak olublar. Azərbaycan xalqı polyakların bu xidmətini heç vaxt unutmayacaq”, - deyə diplomat vurğulayıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 398

QHT və MEDİA

2019-07-22 09:30:10

QHT və MEDİA
Millət vəkili: Mediamız Azərbaycan həqiq...
Millət vəkili: Mediamız Azərbaycan həqiq...

İyulun 19-da Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi t...

2019-07-21 07:55:52

QHT və MEDİA
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...

"Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, "Keşikçidağ"da baş verən hadisə...

CƏMİYYƏT

2019-07-23 10:10:46

CƏMİYYƏT
Qarabağ atları
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf e...

2019-07-22 09:45:08

CƏMİYYƏT
Azərbaycan milli mətbuatının yaranmasınd...
Azərbaycan milli mətbuatının yaranmasınd...

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası ...

İQTİSADİ

2019-07-23 12:25:23

İQTİSADİ
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiy...

2019-07-19 08:40:08

İQTİSADİ
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...