SİYASƏT
A- A A+

Xəzərin hüquqi statusu haqqında Konvensiya regionun bütün ölkələrinin maraqlarına uyğundur

2018-08-20 07:40:25

Xəzərin hüquqi statusu haqqında Konvensiya tarixi sənəddir. Xəzərdə iqtisadiyyat, nəqliyyat, ekologiya və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri bu Konvensiyada əksini tapıb. Xəzəryanı ölkələr bundan sonra Xəzər dənizində Konvensiyanın tələblərinə uyğun olaraq fəaliyyət göstərəcəklər

Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov bildirib. Xəzərin hüquqi statusu ilə bağlı müzakirələrin getdiyi bütün dövr ərzində, xüsusən Konvensiyanın imzalanması ərəfəsində erməni lobbisinə yaxın dairələrin anlaşmanın baş tutmaması üçün fəaliyyət göstərdiklərini xatırladan deputat qeyd edib ki, yalnız “Xəzər beşliyi” ölkələrin, xüsusən Azərbaycanın güclü siyasi iradəsi və birgə əməkdaşlıq fəaliyyəti bu Konvensiyanın imzalanması yolunda maneələrin aşılamasına imkan verdi. A.Badamov əlavə edib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya bütün region ölkələrinin maraqlarına uyğundur.

Deputat bildirib ki, bundan sonra Xəzəryanı bütün dövlətlərin Xəzərdə maraqları Konvensiya ilə qorunacaq. Konvensiyada Xəzərdə iqtisadiyyat, nəqliyyat, ekologiya və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri əksini tapıb. Azərbaycanın Konvensiyanın imzalanmasında çox fəal rol oynadığını söyləyən Azər Badamov bildirib ki, bütün ölkələr xüsusən Azərbaycan Konvensiyadan daha çox iqtisadi fayda təmin edəcək, Xəzərin karbohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneə aradan qaldırılacaq. “Xəzəryanı dövlətlər arasında hüquqi əhəmiyyəti olan Konvensiyanın imzalanması özünün ciddi geosiyasi, mədəni, ekoloji, iqtisadi və kommunikativ nəticələrini verəcək”,- deyə Milli Məclisin deputatı vurğulayıb. (Azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 336

QHT və MEDİA

2019-04-22 08:00:03

QHT və MEDİA
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...
Avropada Azərbaycan mədəniyyəti nümayiş ...

İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tə...

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

CƏMİYYƏT

2019-04-22 07:40:17

CƏMİYYƏT
Tarix dünənki siyasət, siyasət isə bugün...
Tarix dünənki siyasət, siyasət isə bugün...

Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək gərəkdir” (1;67) və “Tar...

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...