CƏMİYYƏT
A- A A+

“Jewish Journal”: Nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən yaxa qurtara bilməyəcəklər

2018-08-19 19:10:24

ABŞ-da çıxan “Jewish Journal” nəşrində Xocalı qırğınının şahidi, bu dəhşətli qətliamdan möcüzəli şəkildə salamat qalmış Dürdanə Ağayevanın “Ermənistanın sabiq prezidenti Koçaryanın həbsi və Xocalı soyqırımı” adlı məqaləsi dərc olunub

D.Ağayeva məqalədə dinc Xocalı sakinlərinin kütləvi qətlinin əsas günahkarlarından birinin – Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbsinə münasibətini bildirib. Məqalədə deyilir ki, o, iki həftə əvvəl bu xəbəri eşidəndə, yaxşı mənada təəccüblənib. Yerevanda həbs olunan Koçaryan konstitusiya quruluşunun devrilməsinə cəhddə və 2008-ci ilin martında Ermənistanda seçkilərin nəticələrindən sonra 10 nəfərin öldürülməsində ittiham olunub. D.Ağayeva yazır: “Mən Koçaryanı təkcə varisi Serj Sarkisyanın hakimiyyətinin təsdiq edilməsi naminə öz həmvətənlərinin qətlində günahkar olan Ermənistanın sabiq prezidenti (1998-2008-ci illər) kimi deyil, həm də, ilk növbədə, Azərbaycan ərazilərinin işğalında, həmvətənlərimin doğma ata-baba yurdlarından didərgin salınmasında və qətlə yeririlməsində, soyuq müharibə başa çatandan sonra Avropada ilk soyqırımının - Xocalı soyqırımının törədilməsində xüsusi rol oynamış bir şəxs kimi tanıyıram”.

Dinc Azərbaycan vətəndaşlarının qətlində Ermənistan rəhbərliyinin rolundan danışan D.Ağayeva vurğulayır: “Koçaryanın həbsi bir daha sübut edir ki, özgə xalqa qarşı cinayət törətmiş şəxs heç vaxt öz xalqına xoşbəxtlik gətirə bilməz. Təəssüf ki, Koçaryanı yalnız Ermənistan qanunlarını pozduğuna görə həbs ediblər, 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ regionunda Azərbaycan vətəndaşlarına qarşı hərbi cinayətlər törətməsi, xüsusən dəhşətli Xocalı soyqırımında iştirak etməsi ilə bağlı ittihamlar isə irəli sürülməyib”.

Sonra Xocalıda törədilən faciəli hadisələri təsvir edən müəllif 613 silahsız azərbaycanlının, o cümlədən uşaqların, qadınların, qocaların kütləvi qətliamının, habelə erməni hərbçilərinin əsir götürülmüş dinc xocalılıların başına gətirdiyi vəhşiliklərin təfərrüatını açıqlayır. O bildirir ki, “Human Rights Watch” hüquq müdafiə təşkilatı Xocalı cinayətini Ermənistan-Azərbaycan münaqişəsinin “ən böyük qırğını” adlandıraraq, Azərbaycan vətəndaşlarının kütləvi qətlinə görə məsuliyyəti bilavasitə erməni hərbçilərinin üzərinə qoyub. Avropa İnsan Haqları Məhkəməsi də 2010-cu il tarixli qərarında Xocalı barəsində faktları təsdiq edib, 10-dan çox ölkə və ABŞ-ın 23 ştatı isə öz qətnamə və proklamasiyalarında bu soyqırımını rəsmi surətdə pisləyib. BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın bütün Qarabağ regionunun Ermənistan tərəfindən işğalını və burada aparılan etnik təmizləmə siyasətini pisləyən, habelə Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. D.Ağayeva daha sonra yazır ki, Koçaryanın həbsi onu bir qədər təəccübləndirib, amma bu həftə onun həbsdən azad edilməsi barədə xəbər onu əsla təəccübləndirməyib, çünki bu fakt aydın şəkildə nümayiş etdirir ki, Ermənistan hələ də qanunlara riayət etməyə və uzun illər onun özünə və bütün Cənubi Qafqaz regionuna böyük ziyan vurmuş cinayətkarları təqib etməyə hazır deyildir. Koçaryan isə azadlığa çıxandan dərhal sonra Ermənistan siyasətinə qayıtmaq qərarını açıqlayıb. Müəllif məqalənin sonunda qeyd edir ki, Xocalı soyqırımının günahkarları məhkəmə qarşısında durmalıdırlar, çünki nə Koçaryan, nə də Sarkisyan ədalət mühakiməsindən daim yaxa qurtara bilməyəcəklər.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 649

QHT və MEDİA

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...