İQTİSADİ
A- A A+

UNEC beyxəlxalq proqrama qəbul olunub

2018-08-18 11:35:02

.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələri karyera uğurları istiqamətində addımları Maliyyə Analitikləri İnstitutunun (CFA) proqramına hazırlaşaraq atır.

UNEC-in Marketinq və Kommunikasıya Departamentinin məlumatına görə, UNEC Sertifikatlaşdırılmış Maliyyə Analitikləri İnstitutunun (Chartered Financial Analyst - CFA) Universitet Affiliasiya Proqramına qəbul olunub. UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) Maliyyə ixtisası CFA proqramı üzrə üzvlüyə namizədlər üçün nəzərdə tutulan Biliklər Məcmusunun (CFA Program Candidate Body of Knowledge (CBOK) ən azı 70 faizinə malik olduğu və proqram çərçivəsində CFA İnstitutunun Etik Qaydalar və Peşəkar Davranış Standartlarının tələblərinə cavab verdiyi təsdiqlənib.

ISE-nin tədris proqramı tələbələrin maliyyə və investisiya sahəsində dünyanın ən nüfuzlu və tanınmış serifikatı olan Sertifikatlaşdırılmış Maliyyə Analitiki kvalifikasiyasına tam hazırlayır. Proqrama üzvlük abituriyentlərə, işə götürənlərə və əmək bazarında UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tədris proqramının peşəkar təcrübə ilə sıx bağlı olduğunu və tələbələrin CFA imtahanlarına hazırlaşması üçün tam uyğun olduğunu təsdiqləyir. UNEC bu proqramda iştirak etməklə, hər il CFA proqramı üçün məhdud sayda tələbə təqaüdü almaq hüququ əldə edir.

Məlumatda bildirilib ki, CFA İnsitutu yüksək peşəkarlıq standartlarını təyin edən və CFA Kvalifikasiyası ilə nəzərdə tutulan sənayenin qızıl standartlarını idarə edən investorlar və maliyyə peşəkarlarının qlobal assosiasiyasıdır.

Təşkilat, investisiya bazarlarında etik davranış normaları üzrə aparıcı rol oynayır və qlobal maliyyə cəmiyyətində nüfuzlu bilik mənbəyi kimi qəbul edilir. Təşkilatın əsas məqsədi investorların maraqlarının öndə gəldiyi, bazarların ən yaxşı şəkildə fəaliyyət göstərdiyi və iqtisadiyyatın inkişaf etdiyi bir mühit yaratmaqdır. CFA İnsitutunun 166 ölkədə və ərazilərdə 160,000 üzvü və 153,000 CFA kvalifikasiyasına malik olan tam üzvləri var.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 290

QHT və MEDİA

2019-05-22 21:50:37

QHT və MEDİA
"Azərbaycanın Milli Qəhrəmanları" silsil...
"Azərbaycanın Milli Qəhrəmanları" silsil...

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətin...

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...